Azərbaycanda bu şəxslərə 22 min manatadək pul veriləcək SİYAHI
Digərləri 28 İyl 2025 15:05:00 69 0
Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yeni ekran əsərləri ilə bağlı bir sıra kinostudiya şirkətləri ilə yeni müqavilələr bağlayıb.
Bu xəbəri də oxu: Bakıda ən bahalı evlər bu rayonlardadır
Son.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ARKA ilə ümumilikdə 5 studiya arasında 6 filmlə bağlı müqavilələr imzalanıb.
Agentlik "Molla Nəsrəddin" və "Əbədi xatirə (Qu sədaqəti)" qısametrajlı animasiya filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı "Birlik Kinostudiyası" ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 21 630 manat müəyyənləşib. Məlumat üçün bildirək ki, bu studiyanın rəhbəri tanınmış kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.
Bundan əlavə, Agentlik "Ad günü şamları" tammetrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı "Buta film" şirkəti ilə 17 325 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri quruluşçu operator Tural Əhmədsoydur.
Eyni zamanda ARKA ilə "Chinar Film" studiyası arasında isə 14 753 manatlıq müqavilə imzalanıb. Bu müqavilədə "Açıq məktub" qısametrajlı bədii filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması nəzərdə tutulur. Bu studiyanın rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və prodüsser Türkan Hüseynovadır.
Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsə

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyə

Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər.

Müğənni Əminə Şirinqızı açıqlaması ilə həmkarı arasında gərginl

Xəbər verdiyimiz kimi, dünən dünya şöhrətli müğənni Castin Timberleyk

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

"WhatsApp" "Android" platforması üçün nəzərdə tutulmu

Bakıda 16 yaşlı qız ana olub. Onun qanunsuz evlənməsi ilə bağlı əri h�

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınl�

Xəbər verdiyimiz kimi, XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib.

Meyxanaçı Balaəli Maştağalı görüntüsü ilə diqqət çəkib.

Pirşağı çimərliyində atların dənizə salınması narazılığa səbəb o
