Azərbaycan QHTləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb


Siyasət 24 İyl 2025 18:00:00 67 0

Azərbaycan QHTləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə deyilir:

"Sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. Biz bu cür birtərəfli yanaşmaları rədd edirik.

Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları, faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar".

Bildirilir ki, bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər.

"Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırıldığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmenin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar.

Regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur. Bu cür şəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar Ermənistanın Azərbaycana qarşı işğalına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər.

Xatırlatmaq istərdik ki, əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. Məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat-senator Adam Şiffi isə Cənab Tramp sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bildirib", - müraciətdə vurğulanıb.

"Ötən il Bakıya - COP29 tədbiri zamanı səfər etmiş konqresmen Frank Peloni yerli ictimai fəallar tərəfindən "Rədd ol!" şüarları ilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq rüsvayçılıqla ölkəni tərk etmişdi.

Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan F.Peloni kimi konqresmenlər ilk öncə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan digərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır.

Ermənistan ərazisində və işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Buna susmaq ən böyük ədalətsizlikdir.

Son vaxtlar İsveçrə parlamentinin "beynəlxalq sülh forumu" adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir. Sizə bir qrup konqresmen adından ünvanlanmış məktubda İsveçrə parlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha bu məktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.

Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası "Vaşinqton bataqlığı"nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir.

İmzalar:

Ramil İskəndərli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

Əziz Ələkbərli - Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri

Əmir Əliyev - İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri

Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Umud Mirzəyev - "Beynəlxalq Avrasiya Mətbuat Fondu"nun sədri

Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri

İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri

Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri

Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri

Rey Kərimoğlu - "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri", - deyə əlavə olunub.

Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilir like
  • 24 İyl 17:57  
Digərləri Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilir

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə

arrow Ətraflı
"İnsanlar unutqan və qudurğandırlar" like
  • 24 İyl 17:50  
Şou-biznes "İnsanlar unutqan və qudurğandırlar"

Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalovanın əmisi dünyasını də

arrow Ətraflı
Tələbə təqaüdləri nə qədər artıb?  RƏQƏMLƏR like
  • 24 İyl 17:44  
Digərləri Tələbə təqaüdləri nə qədər artıb? RƏQƏMLƏR

Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması barədə fər

arrow Ətraflı
Bu ölkə Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoydu like
  • 24 İyl 17:38  
Dünya Bu ölkə Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoydu

Estoniya hökuməti Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla üm

arrow Ətraflı
Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi like
  • 24 İyl 17:31  
Digərləri Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi

Tanınmış hərbi ekspert Azər Bayramov Müdafiə Nazirliyində vəzifəyə t�

arrow Ətraflı
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıldı like
  • 24 İyl 17:27  
Digərləri Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

arrow Ətraflı
22 min abonentin qazı kəsiləcək like
  • 24 İyl 17:17  
Digərləri 22 min abonentin qazı kəsiləcək

"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İ

arrow Ətraflı
Azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara ÇAĞIRIŞ like
  • 24 İyl 17:08  
Digərləri Azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara ÇAĞIRIŞ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan a

arrow Ətraflı
Suriyada güclü partlayış  Ölənlər var  VİDEO like
  • 24 İyl 17:00  
Dünya Suriyada güclü partlayış Ölənlər var VİDEO

Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticə

arrow Ətraflı
Türkiyədə yanğında ölən FHN əməkdaşı ilə bağlı ürəkdağlayan detal  10 gün əvvəl... like
  • 24 İyl 16:52  
Digərləri Türkiyədə yanğında ölən FHN əməkdaşı ilə bağlı ürəkdağlayan detal 10 gün əvvəl...

Xəbər verdiyimiz kimi, Əskişəhərin Seyitqazi rayonunda meşə yanğınınd

arrow Ətraflı
KOBİA Qusarda sahibkarlarla görüşüb like
  • 24 İyl 16:45  
Digərləri KOBİA Qusarda sahibkarlarla görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

arrow Ətraflı
Bu ölkədə 3 günlük matəm elan olundu like
  • 24 İyl 16:43  
Dünya Bu ölkədə 3 günlük matəm elan olundu

Amur vilayətində təyyarə qəzası qurbanlarının xatirəsinə üç günlük

arrow Ətraflı
Müğənni çəkiliş zamanı atdan yıxıldı  Yaddaşı itdi like
  • 24 İyl 16:39  
Şou-biznes Müğənni çəkiliş zamanı atdan yıxıldı Yaddaşı itdi

Türkiyəli müğənni Pınar Yıldız yeni mahnısının klip çəkilişləri z

arrow Ətraflı
Azərbaycan sərhədində yeni müharibə  Qoşunlar hazır vəziyyətə gətirildi like
  • 24 İyl 16:31  
Dünya Azərbaycan sərhədində yeni müharibə Qoşunlar hazır vəziyyətə gətirildi

"İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə bu ölkəyə ye

arrow Ətraflı
SEPAHın azərbaycanlı komandiri həlak oldu like
  • 24 İyl 16:25  
Dünya SEPAHın azərbaycanlı komandiri həlak oldu

SEPAH-ın azərbaycanlı komandiri həlak olub.

arrow Ətraflı