Reklama görə 4 blogerdən şikayət edildi


Digərləri 24 İyl 2025 13:24:00 90 0

Reklama görə 4 blogerdən şikayət edildi

Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla reklam haqqında qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır. 

Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunmalıdır.

Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub. 

Qeyd edək ki, qanunun qüvvəyə minməsindən 2 ay keçsə də, bəzi blogerlərin qaydalara riayət etmədiyi müşahidə edilir.

Son.az xəbər verir ki, modern.az məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, qanuna dəyişiklikdən ötən dövr ərzində qanunda nəzərdə tutulan tələblərin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Agentliyə 4 müraciət daxil olub. Müraciətlərdən 1-i qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib. 1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 2 müraciət üzrə isə araşdırma davam etdirilir.

Qeyd edək ki, dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.

Rəqəmsal platforma təsirçisi tərəfindən reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 750 manatdan 1250 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.

Bu məhsulun topdansatış qiyməti 20 qəpiyə düşdü like
  • 24 İyl 13:00  
Digərləri Bu məhsulun topdansatış qiyməti 20 qəpiyə düşdü

Masallıda pomidorun todansatış qiyməti kəskin ucuzlaşıb.

arrow Ətraflı
Sabah bəzi yerlərdə yağış yağacaq like
  • 24 İyl 12:55  
Digərləri Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda iyulun 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.

arrow Ətraflı
Gecə ilə səkini tutub, ağacları asfaltlayaraq parkinq edənlər cəzalandırıldılar like
  • 24 İyl 12:49  
Digərləri Gecə ilə səkini tutub, ağacları asfaltlayaraq parkinq edənlər cəzalandırıldılar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) piyada səkisini parki

arrow Ətraflı
Eldar Əzizov bələdiyyə sədrini rəis təyin etdi like
  • 24 İyl 12:40  
Digərləri Eldar Əzizov bələdiyyə sədrini rəis təyin etdi

Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yeni rəis təyin olu

arrow Ətraflı
Netanyahuya suiqəsd cəhdi  Partlayıcı qurğu ilə... like
  • 24 İyl 12:34  
Dünya Netanyahuya suiqəsd cəhdi Partlayıcı qurğu ilə...

İsrailin Şin Bet kəşfiyyat agentliyi baş nazir Binyamin Netanyahuya əldəq

arrow Ətraflı
Türkiyənin tanınmış iqtisadiyyat yazarı Nazlı Sarp vəfat edib like
  • 24 İyl 12:22  
Dünya Türkiyənin tanınmış iqtisadiyyat yazarı Nazlı Sarp vəfat edib

Türkiyənin məşhur iqtisadiyyat yazarlarından biri olan Nazlı Sarp vəfat e

arrow Ətraflı
Azərbaycanda bu məhsul kəskin bahalaşacaq  Səbəb açıqlandı like
  • 24 İyl 11:54  
Digərləri Azərbaycanda bu məhsul kəskin bahalaşacaq Səbəb açıqlandı

Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.

arrow Ətraflı
Azərbaycanda ev alarkən bu 10 əsas məqama mütləq diqqət edilməlidir like
  • 24 İyl 11:45  
Digərləri Azərbaycanda ev alarkən bu 10 əsas məqama mütləq diqqət edilməlidir

Azərbaycanda mənzil alışı ilə bağlı risklər son illərdə daha çox akt

arrow Ətraflı
Sosial müavinət alanlara şad xəbər like
  • 24 İyl 11:39  
Digərləri Sosial müavinət alanlara şad xəbər

İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət

arrow Ətraflı
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib like
  • 24 İyl 11:27  
Siyasət Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkis

arrow Ətraflı
Rusiyada qəzaya uğrayan təyyarənin son görüntüləri  VİDEO like
  • 24 İyl 11:27  
Digərləri Rusiyada qəzaya uğrayan təyyarənin son görüntüləri VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan &q

arrow Ətraflı
Tanınmış aktrisa təcili əməliyyat oldu like
  • 24 İyl 11:24  
Şou-biznes Tanınmış aktrisa təcili əməliyyat oldu

Türkiyənin tanınmış aktrisası Ece Uslu istirahət üçün getdiyi Çeşmə

arrow Ətraflı
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb like
  • 24 İyl 11:12  
Siyasət Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu g

arrow Ətraflı
Bakıda yeni metro stansiyaları  Layihələndirmə işləri başladı like
  • 24 İyl 11:12  
Digərləri Bakıda yeni metro stansiyaları Layihələndirmə işləri başladı

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun

arrow Ətraflı
Sevgi birdənbirə gələcək  Ay sonunda sevinəcək BÜRCLƏR like
  • 24 İyl 10:58  
Digərləri Sevgi birdənbirə gələcək Ay sonunda sevinəcək BÜRCLƏR

İyul ayı yekunlaşmaq üzrədir, amma ulduzlar bəzi bürclər üçün hələ

arrow Ətraflı