Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb


Siyasət 24 İyl 2025 11:12:00 97 0

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

Trend xəbər verir ki, Şura sədri Rəşad Məcidin adından ünvanlanan məktubda bildirilib:

"Möhtərəm cənab Prezident!

"Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" 25 aprel 2025-ci il tarixli Sərəncamınız milli mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə, Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik ideyaları naminə səfərbərlik missiyasına böyük dəyərdir.

Siz hər zaman mediamızın müasir və müstəqil Azərbaycanın inkişafındakı, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolunu yüksək qiymətləndirmisiniz. Gələcək üçün yol xəritəsi mahiyyəti daşıyan yubiley Sərəncamızında 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərimizin əməyinə xüsusi yanaşmağınız isə 150 ilin sevincinə qürur və fəxarət hissi qazandırır.

Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mediaya dövlət dəstəyi ənənəsini yaşadırsınız. Bu dəst-xətt özünü dönməz xarakterli fundamental islahatlarda göstərir. Qətiyyətlə deyə bilərik ki, media sahəsindəki inkişaf məhz islahatyönümlü siyasətinizdən qaynaqlanır.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünüz zamanı Azərbaycan mediasına yüksək dəyərinizi ifadə etməklə, gərgin əmək və axtarışlar nəticəsində əldə olunan inkişafı qiymətləndirdiniz. Media nümayəndələrinə milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı ünvanladığınız 22 iyul 2025-ci il tarixli müraciətdə isə inkişafın davamlılığına təminat verdiniz, mediamızın bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasında, müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyinizi bildirdiniz. Həm bu əminliyiniz, həm də dünyanın yeni media düzənindəki mövcud tendensiyalar şəraitində müəyyənləşdirdiyiniz vəzifələr məsuliyyətimizi artırır.

Məsuliyyətimiz etimadınızdan qaynaqlanır. Jurnalistlərimiz Qarabağı azadlığına qovuşdurmuş, torpaqlarımızın işğalına son qoymuş müzəffər Ali Baş Komandanın əsgəri kimi fəaliyyət göstərməkdən, xalqımıza rifah və əminamanlıq, regionumuza sabitlik gətirən siyasi kursunuza sadiq olmaqdan, nəhayət etimadınızı doğrultmaqdan məmnundurlar. Hər bir qələm sahibi üçün bu məmnunluq yaradıcılıq şövqü, ruh yüksəkliyi və əzmlə çalışmaq üçün son dərəcə böyük mənəvi stimuldur.

Sevindirici haldır ki, Azərbaycan dövlətinin media siyasəti özündə təkcə konseptual mahiyyət daşıyan fəaliyyət xəttini deyil, eyni zamanda, jurnalistlərə həssas münasibəti də birləşdirir. Həssaslığın isə media nümayəndələrinin əməyinin qiymətləndirilməsi, onların dövlət təltiflərinə - fəxri adlara, orden və medallara layiq görülmələri ənənəsi var. Əvvəlki yubileylərdə olduğu kimi, milli mətbuatımızın 150 illik yubileyində də 2005-ci ildə əsasını qoyduğunuz bu ənənə özünü parlaq şəkildə göstərdi. "Media nümayəndərlərinin təltif edilməsi haqqında" 21 iyul 2025-ci il tarixli Sərəncamınızla 200-dən çox həmkarımıza inanılmaz xoşbəxtlik hissi bəxş etdiniz.

Möhtərəm cənab Prezident, bütün bunlara, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinizə, peşəmizə yüksək dəyərinizə və qədirbilənliyinizə görə Sizə rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, bütövlükdə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq".

Sevgi birdənbirə gələcək  Ay sonunda sevinəcək BÜRCLƏR like
  • 24 İyl 10:58  
Digərləri Sevgi birdənbirə gələcək Ay sonunda sevinəcək BÜRCLƏR

İyul ayı yekunlaşmaq üzrədir, amma ulduzlar bəzi bürclər üçün hələ

arrow Ətraflı
Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır  VİDEO  FOTO like
  • 24 İyl 10:43  
Digərləri Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır VİDEO FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət

arrow Ətraflı
Nikol Bakıya gəldi  Festivalda çıxış edəcək like
  • 24 İyl 10:36  
Şou-biznes Nikol Bakıya gəldi Festivalda çıxış edəcək

Xəbər verdiyimiz kimi, dünya ulduzu Nikol Şerzinger "Dream Fest"d�

arrow Ətraflı
100 min sənədsiz evə "kupça" veriləcək  Bu sənədlər olsa kifayətdir like
  • 24 İyl 10:29  
Digərləri 100 min sənədsiz evə "kupça" veriləcək Bu sənədlər olsa kifayətdir

Prezident İlham Əliyevin daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-

arrow Ətraflı
43 nəfərin olduğu sərnişin təyyarəsi radarlardan itdi like
  • 24 İyl 10:24  
Dünya 43 nəfərin olduğu sərnişin təyyarəsi radarlardan itdi

Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan "An-24" tipli sər

arrow Ətraflı
Bu rayonlarda qaz olmayacaq like
  • 24 İyl 10:05  
Digərləri Bu rayonlarda qaz olmayacaq

Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırıl

arrow Ətraflı
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar  TAM SİYAHI like
  • 24 İyl 09:52  
Digərləri Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar TAM SİYAHI

Ötən il Azərbaycanda 25 min 929 yaşayış evi tikilərək istifadəyə veril

arrow Ətraflı
Sabiq deputat Xanhüseyn Kazımlı vəfat etdi like
  • 24 İyl 09:42  
Digərləri Sabiq deputat Xanhüseyn Kazımlı vəfat etdi

Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib.

arrow Ətraflı
Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq? like
  • 24 İyl 09:34  
Digərləri Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edi

arrow Ətraflı
Bu valyutanın məzənnəsi 2 manatı ötdü like
  • 24 İyl 09:26  
Digərləri Bu valyutanın məzənnəsi 2 manatı ötdü

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Attestasiyadan kəsilən musiqi müəllimləri yenidən İŞLƏYƏ BİLƏCƏK like
  • 24 İyl 09:20  
Digərləri Attestasiyadan kəsilən musiqi müəllimləri yenidən İŞLƏYƏ BİLƏCƏK

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və in

arrow Ətraflı
ABŞın strategiyasına kim rəhbərlik edir  Ağ Ev, yoxsa Pentaqon? like
  • 24 İyl 09:08  
Siyasət ABŞın strategiyasına kim rəhbərlik edir Ağ Ev, yoxsa Pentaqon?

Suriyada münaqişənin xarakteri dəyişib. Müharibənin qızğın döyüş fa

arrow Ətraflı
Payızda bu bürclərin bəxti gətirəcək like
  • 24 İyl 08:08  
Digərləri Payızda bu bürclərin bəxti gətirəcək

Payız aylarında bəxti gətirəcək bürclər - ulduzlar bu mövsümdə bəzi

arrow Ətraflı
"Uzak şehir" izləyicilərinə şad xəbər like
  • 24 İyl 07:07  
Şou-biznes "Uzak şehir" izləyicilərinə şad xəbər

"Uzak şehir"in növbəti mövsümü ilə bağlı xəbər var.

arrow Ətraflı
Bir həftə sumaq suyu içsəniz, orqanizmdə nə baş verər? like
  • 24 İyl 03:03  
Digərləri Bir həftə sumaq suyu içsəniz, orqanizmdə nə baş verər?

Sumaq - tərkibi faydalı maddələrlə zəngin olan təbii bitki növüdür. O

arrow Ətraflı