Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı məlum olub


Siyasət 15 İyl 2025 17:42:00 90 0

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı məlum olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə bir neçə vəsatət təqdim edib. Deyib ki, müdafiə tərəfi bundan əvvəl iclas protokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət edib. O xahiş edib ki, vəkili Avram Bermana onun iştirakı olmadan da iclas protokolları ilə tanış olmasına şərait yaradılsın.

İclasa sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, vəsatət təmin olunur. Bu, təqsirləndirilənin hüququdur. Təqsirləndirilən Ruben Vardanyana və onun vəkili Avram Bermana iclas protokolları ilə tanış olmaq üçün daim şərait yaradılıb və bundan sonra yaradılacaq.

Sonra Ruben Vardanyan bütün məhkəmə iclaslarından əvvəl ona vəkili ilə konfidensial görüşmək üçün imkan yaradılmasını xahiş edib. Bildirib ki, onda müəyyən suallar yaranır və bunu vəkili ilə müzakirə etmək istəyir.

Məhkəmə bu vəsatəti də təmin edib. Hakim Zeynal Ağayev deyib ki, onsuz da hər iclasdan əvvəl onlara davamlı olaraq konfidensial görüş üçün imkan yaradılır və bundan sonra da digər hüquqları kimi, bu hüququ da təmin ediləcək.

Üçüncü vəsatətini təqdim edən Ruben Vardanyan bildirib ki, bundan əvvəl o və vəkili məhkəmə protokollarındakı qərarların çıxarışlarının onlara təqdim olunmasını xahiş ediblər. Hakim Zeynal Ağayev diqqətə çatdırıb ki, hansı iclasların protokollarının qərarlarının çıxarışları ilə tanış olmaq istəyirlərsə, buna dair məhkəməyə siyahı təqdim etsinlər. Həmin siyahıya uyğun olaraq sənədlər müdafiə tərəfinə çatdırılacaq. Ruben Vardanyan məhkəmənin keçirildiyi 6 ay müddətində verdiyi bütün vəsatətlərlə bağlı qərarların çıxarışları ilə tanış olmaq istədiklərini bildirib. Hakim həmin çıxarışların bir hissəsinin artıq onlara verildiyini, digərlərinin də təqdim olunacağını deyib.

Ruben Vardanyanın vəkili Avram Berman da təqsirləndirilənin vəsatətlərini müdafiə etdiyini söyləyib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 15 İyl 17:39  
Siyasət Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Bakıda satılan ən bahalı mənzillər məlum olub  SİYAHI like
  • 15 İyl 17:36  
Digərləri Bakıda satılan ən bahalı mənzillər məlum olub SİYAHI

Bakıda satılan ən bahalı mənzillər məlum olub.

arrow Ətraflı
Bakının bu rayonu sabahdan susuz qalacaq like
  • 15 İyl 17:20  
Digərləri Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının Xətai rayonunun su təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Bu rayonun 21 kəndində qaz kəsiləcək like
  • 15 İyl 17:14  
Digərləri Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaran

arrow Ətraflı
Ukrayna səfərbərlik müddəti uzadıldı like
  • 15 İyl 17:07  
Dünya Ukrayna səfərbərlik müddəti uzadıldı

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini u

arrow Ətraflı
Ukraynanın Baş naziri istefa verdi like
  • 15 İyl 17:00  
Dünya Ukraynanın Baş naziri istefa verdi

Ukraynanın Baş naziri Denis Şmıxal iyulun 15-də istefa ərizəsini təqdim

arrow Ətraflı
Vüsalə elə geyimdə efirə çıxdı ki...  VİDEO like
  • 15 İyl 16:56  
Şou-biznes Vüsalə elə geyimdə efirə çıxdı ki... VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin aparıcısı olduğu verilişə geyimi ilə

arrow Ətraflı
Hacıqabul və Bərdədə avtomobil yanıb like
  • 15 İyl 16:45  
Digərləri Hacıqabul və Bərdədə avtomobil yanıb

Hacıqabul rayonunda (Bakı-Ələt-Qazax avtomobil yolunun 120-ci kilometrliyi)

arrow Ətraflı
Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Bioloqdan açıqlama like
  • 15 İyl 16:36  
Digərləri Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Bioloqdan açıqlama

Bakıda çimərlik ərazilərdə suda görünən ilanlar həmin yerlərdə qəfi

arrow Ətraflı
Xırdalanda işıq olmayacaq like
  • 15 İyl 16:30  
Digərləri Xırdalanda işıq olmayacaq

Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin veriliş

arrow Ətraflı
Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv edildi like
  • 15 İyl 16:24  
Digərləri Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv edildi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bu ilin oktyabr ayında Rusiy

arrow Ətraflı
"Bizə silah versəniz, Moskvanı vurarıq"  Zelenskidən Trampa like
  • 15 İyl 16:00  
Dünya "Bizə silah versəniz, Moskvanı vurarıq" Zelenskidən Trampa

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefo

arrow Ətraflı
Bu ölkə Azərbaycanda fəxri konsulluq açmaq niyyətindədir like
  • 15 İyl 15:54  
Siyasət Bu ölkə Azərbaycanda fəxri konsulluq açmaq niyyətindədir

Slovakiya Azərbaycanın iqtisadi cəhətdən perspektivli regionlarından birin

arrow Ətraflı
Alim Qasımov bu dəfə studiyada rep dedi like
  • 15 İyl 15:47  
Şou-biznes Alim Qasımov bu dəfə studiyada rep dedi

Xalq artisti Alim Qasımov yeni paylaşımı ilə gündəm olub.

arrow Ətraflı