Bu ölkə Azərbaycanda fəxri konsulluq açmaq niyyətindədir
Siyasət 15 İyl 2025 15:54:00 67 0
Slovakiya Azərbaycanın iqtisadi cəhətdən perspektivli regionlarından birində fəxri konsulluq açmağı planlaşdırır.
Bu xəbəri də oxu: Prezident: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyinçiyinə, inamla və uğurla irəliləyir
Trend xəbər verir ki, bu barədə Slovakiya Respublikasının Azərbaycandakı səfirliyinin Elçin Qasımovun Bakıdakı diplomatik missiyaya yeni rəhbər təyin olunması ilə bağlı bəyanatında deyilir.
"Məqsədimiz iqtisadi potensialı yüksək olan Azərbaycan regionlarında Slovakiyanın fəxri konsulluğunun açılması üçün şərait yaratmaqdır", - deyə Qasımov qeyd edib.
Onun sözlərinə görə, bu addım Slovakiya şirkətlərinin ölkədəki fəaliyyətinin genişlənməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Səfir təyin olunmazdan əvvəl Elçin Qasımov Slovakiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbər müavini vəzifəsində çalışıb, həmçinin, Slovakiya Milli Şurası sədrinin və ölkənin investisiya, regional inkişaf və informasiyalaşdırma nazirinin müşaviri olub.
Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarın sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri energetika və müdafiə sənayesidir, o cümlədən, Azərbaycan nefti və təbii qazının idxalı məsələləri. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 210 milyon avro təşkil edib.
E.Qasımov bildirib ki, əməkdaşlıq informasiya texnologiyaları və nəqliyyat da daxil olmaqla digər sahələrdə də uğurla inkişaf etdirilə bilər. O, həmçinin, Slovakiyanın mütəmadi şəkildə hökumətlərarası məsləhətləşmələr aparmaq və fəal diplomatik dialoqu davam etdirmək niyyətində olduğunu təsdiqləyib.
Xalq artisti Alim Qasımov yeni paylaşımı ilə gündəm olub.

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötür�

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən "Vağzal meydanı" �

Baku Network analitik mərkəzi şəhid jurnalistlərimizin sərgisini ilk dəf�

Kocaelinin Dilovası rayonunda 5 nəfərin həyatını itirdiyi qorxunc qəzanı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini açıqlayı

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan &qu

Bu gün Türkiyədə Terror Təşkilatı (FETÖ) tərəfindən 2016-cı il iyulu

Türkiyənin Bolu şəhərində yerləşən "Grand Kartal" otelində b

"COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur&q

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

"Bizi kimsə qıra bilməz! Ən yaralı yerimizdən vurulan..."
