Süni maneələrə rəğmən Baku Network ilk dəfə olaraq şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuş sərgi təşkil edə bildi Sahil Kərimli VİDEO FOTO
Siyasət 15 İyl 2025 15:24:00 80 0
Baku Network analitik mərkəzi şəhid jurnalistlərimizin sərgisini ilk dəfə, özü də müəyyən çətinliklərlə və süni maneələrlə üzləşərək Avropada - Ermənistanın qatı müdafiəçisi olan Fransanın paytaxtı Parisdə təşkil etməyi bacardı.
Trend xəbər verir ki, bu barədə "Baku Network" analitik mərkəzinin proqram direktoru Sahil Kərimli birinci və İkinci Qarabağ müharibələri zamanı erməni işğalçıları tərəfindən amansızcasına qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş sərgidə bildirib. "Sərgi Birinci və İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərin xatirəsinə həsr olunub
Məlumdur ki, peşə borcnunu yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi müəyyən dövrlərdə ayrı-ayrılıqda fərdi şəkildə anılıb. Amma biz qərara gəldik ki, bu missiyanı daha geniş miqyasda və arealda həyata keçirək və şəhid media nümayəndələrinin fotolarından ibarət sərgi yaradaq. Fotoların üzərində fransız və ingilis dillərində şəhidlərin hər biri haqqında ətraflı məlumatlar qeyd edilib. Həmçinin fotoşəkillərdən ibarət braşurlar da çap edilib və bu günkü sərginin iştirakçılarına paylanılır", -deyə o bildirib.
S. Kərimlinin sözlərinə görə Fransa daim ermənipərəst siyasət yürüdür, işğalçı Ermənistanı müdafiə edir: "Belə bir şəraitdə Parisdə belə bir sərginin keçirilməsi müəyyən çətinliklər və maneələr yaradırdı. Sərginin Fransaya gətirlməsi, çap məhsullarının sərhəddən keçirilməsi də müəyyən risklər yaradırdı. Amma biz bu çətinlikləri dəf etdik və hədəfə uğurla çata bildik."
O həmçinin bildirib ki, UNESCO Dünya İrs Siyahısı Komitəsinin 47-ci sessiyası çərçivəsində İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir çərçivəsində də şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuş bukletlər sessiya iştirakçılarına paylanılıb.
"Sərgi zamanı Ermənistanın həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən Müharibəsi zamanı mülki əhalimizə, peşə borcunu yerinə yetirən jurnalistlərimizə qarşı bu cür qanlı cinayətlər törətdiyi iştirakçıların diqqətinə çatdırıldı.
Bu gün sərgi zamanı fotolarda təqdim olunan jurnalistlərin bir neçəsi Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın suveren ərazisi olan Qarakənd səmasında dövlət və media qrumları nümayəndələrini daşıyan helikopterin vurulması nəticəsində şəhid olublar. Fəxrəddin Şahbazov, Alı Mustafayev və digərləri bu qanlı terror nəticəsində faciəvi şəkildə həlak olublar. Bundan başqa Salatın Əsgərova, Çingiz Mustafayev də erməni işğalçıları tərəfindən qətlə yetiriliblər , - deyə o bildirib.
S.Kərimli əlavə edib ki, 44-günlük Vətən Müharibəsindən sonra isə "Azərtac" agentliyinin əmıəkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov ermənilərin mina terrorunun qurbanı olub.
"Bu da ağır bir müharibə cinayəti idi, təssüf ki, digər mülki şəxslərimizlə yanaşı bizim həmkarlarımız da Ermənistanın bu cinayətlərinin qurbanı oldular. Sərgidə xatirələri anılan digər jurnalistlər də ayrı-ayrı dövrlərdə ermənilər tərəfindən öldürülüblər. Ümid edirik ki, qısa da olsa bu həqiqətləri sizə çatdıra bildik və çıxışların sonunda mən sizi sərgi ilə daha yaxından tanış olmağa dəvət edəcəm. Sonda təşkilati dəstəyə görə Xarici İşlər Nazirliynə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Fransadakı Səfirliyinə, bizə yardım edən, dəstək olan digər dostlarımıza təşəkkür edirik ki, belə bir önəmli tədbirdə, Azərbaycan həqiqətləri dünyaya çatdırılması, eyni zamanda erməni vəhşiliyinin ifşa edilməsində bizə dəstək oldunuz",-deyə S.Kərimli qeyd edib
Qeyd edək ki, Baku Network analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.
Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.
Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un "Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili" adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər sərginin iştirakçılarına, həmçinin UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimatın qonaqlarına paylanılıb. Təqdimat Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.
Kocaelinin Dilovası rayonunda 5 nəfərin həyatını itirdiyi qorxunc qəzanı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini açıqlayı

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan &qu

Bu gün Türkiyədə Terror Təşkilatı (FETÖ) tərəfindən 2016-cı il iyulu

Türkiyənin Bolu şəhərində yerləşən "Grand Kartal" otelində b

"COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur&q

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

"Bizi kimsə qıra bilməz! Ən yaralı yerimizdən vurulan..."

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Az�

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçi sertifikatlarının

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudi

Lənkəran rayonunda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə d

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sü
