"Son 25 il ərzində Azərbaycan öz irsinin qorunmasına sadiqliyini nümayiş etdirib"


Kriminal 14 İyl 2025 21:52:00 82 0

"Son 25 il ərzində Azərbaycan öz irsinin qorunmasına sadiqliyini nümayiş etdirib"

Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və təbliği işinə sadiqliyini qətiyyətlə nümayiş etdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomo İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə deyib. Tədbir UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində keçirilib.

"Düşünürəm ki, hələ Bakıda olmayanlar bu möhtəşəm şəhəri mütləq görməlidir. Bakı xüsusilə çoxəsrlik mədəni mübadilənin, memarlıq yeniliklərinin və davamlı şəhər inkişafının şahididir," - deyə Assomo bildirib.

Onun sözlərinə görə, şəhərin qədim görünüşü, incə memarlıq üslubunda inşa edilmiş sarayları və Qız qalası əsrlər boyu sivilizasiyaların qovşağı olmuş bu şəhərin zənginliyini əks etdirir.

"Səfərim zamanı aparılan bərpa işlərinin şahidi oldum. Beynəlxalq ictimaiyyətlə əməkdaşlıq və yerli əhalinin iştirakı sayəsində İçərişəhər təkcə qorunan ərazi deyil, həm də orada yaşayan insanlar üçün canlı və aktual məkan olaraq qalır," - deyə Mərkəzin direktoru vurğulayıb.

Assomo əlavə edib ki, UNESCO və onun Dünya İrs Mərkəzi Azərbaycanın İçərişəhər və digər mədəni irs obyektlərinin qorunması işində etibarlı tərəfdaşı olaraq qalır.

"Biz bir sıra obyektləri onların qorunması və tarixi kontekstdə saxlanması baxımından araşdırmışıq. Keçmiş nailiyyətlər üzərində düşünərkən, gələcəyə də baxmalıyıq. İnsanlar getdikcə daha yaradıcı olur və biz daha dayanıqlı cəmiyyətin qurulması naminə mədəni fəaliyyətimizi davam etdirməliyik," - deyə Assomo qeyd edib.

Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu - "Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri" olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Putin valideynlərindən danışdı : "Onlar danışmırdılar" like
  • 14 İyl 21:48  
Digərləri Putin valideynlərindən danışdı : "Onlar danışmırdılar"

Rusiya prezidenti Vladimir Putin valideynləri ilə bağlı xatirələrini böl�

arrow Ətraflı
“30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram” like
  • 14 İyl 21:36  
Kriminal “30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram”

"30 ildir bu sektordayam. Azərbaycanda "darknet"də reallaşan b

arrow Ətraflı
Bu dərmanlara boşuna pul xərcləməyin  Dövlət pulsuz verir  SİYAHI like
  • 14 İyl 21:24  
Digərləri Bu dərmanlara boşuna pul xərcləməyin Dövlət pulsuz verir SİYAHI

"Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölk�

arrow Ətraflı
Tanınmış aparıcı İTVdən getdi like
  • 14 İyl 21:12  
Şou-biznes Tanınmış aparıcı İTVdən getdi

İTV-nin aparıcısı vəzifəsindən gedib.

arrow Ətraflı
"Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir"  VİDEO like
  • 14 İyl 21:06  
Kriminal "Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir" VİDEO

Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir.

arrow Ətraflı
"Deyirdilər ki, türkləri buraya niyə gətirmisiniz?"  FOTO like
  • 14 İyl 21:05  
Digərləri "Deyirdilər ki, türkləri buraya niyə gətirmisiniz?" FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
8 kənd qazsız qalacaq  Bu tarixdən... like
  • 14 İyl 21:00  
Digərləri 8 kənd qazsız qalacaq Bu tarixdən...

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
Zaxarova Departamentin bu qərarını lağa qoydu like
  • 14 İyl 20:48  
Dünya Zaxarova Departamentin bu qərarını lağa qoydu

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması v�

arrow Ətraflı
İspaniyada istidən 1180 nəfər öldü like
  • 14 İyl 20:36  
Dünya İspaniyada istidən 1180 nəfər öldü

Son iki ayda isti hava dalğaları İspaniyada 1180 nəfərin həyatına son qoy

arrow Ətraflı
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olundu  VİDEO like
  • 14 İyl 20:35  
Digərləri Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olundu VİDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə

arrow Ətraflı
Polkovnik Ələsgər Ələsgərova yüksək vəzifə verildi like
  • 14 İyl 20:24  
Digərləri Polkovnik Ələsgər Ələsgərova yüksək vəzifə verildi

Polkovnik Ələsgər Ələsgərov Naxçıvan Muxtar Respublikasının fövqəlad

arrow Ətraflı
İtaliya parlamentində süni intellekt dövrü başladı like
  • 14 İyl 20:12  
Dünya İtaliya parlamentində süni intellekt dövrü başladı

İtaliya rəqəmsal siyasətdə yeni mərhələyə qədəm qoyur. Belə ki, ölk

arrow Ətraflı
Yay fəsli bu üç BÜRC üçün dönüş nöqtəsi olacaq like
  • 14 İyl 20:00  
Digərləri Yay fəsli bu üç BÜRC üçün dönüş nöqtəsi olacaq

Yay fəsli ilə birlikdə bir çox insanın həyatında yeni dövrlər başlayac

arrow Ətraflı
Sabahın havası ilə bağlı xəbərdarlıq like
  • 14 İyl 19:48  
Digərləri Sabahın havası ilə bağlı xəbərdarlıq

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şər

arrow Ətraflı
Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər  VİDEO like
  • 14 İyl 19:36  
Digərləri Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı

arrow Ətraflı