Parisdə İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO FOTO


Kriminal 11 İyl 2025 20:15:00 66 0

Parisdə İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib  VİDEO  FOTO

Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 47-ci sessiyasında İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin iyulun 6-dan 16-dək keçirilən 47-ci sessiyası çərçivəsində müxtəlif tematik tədbirlər təşkil olunub.

Onların arasında iyulun 11-də İçərişəhərin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş təqdimat mərasimi xüsusi yer tutub.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu "Ümumdünya İrsinin Qorunması: Mühafizə və Kommunikasiya Təcrübəsi" idi.

Tədbirə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev moderatorluq edib.

Tədbir zamanı mədəni irsin qorunması, bərpası və ictimaiyyətə təqdim edilməsi sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədə gördüyü işlər və əldə olunan nəticələr təqdim olunub.

Tədbirdə UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, Ümumdünya İrs Mərkəzinin direktoru Lazar Eloundou və digər beynəlxalq ekspertlər mədəni irsin təqdimatında medianın rolundan, ictimai kommunikasiya vasitələrinin əhəmiyyətindən və mədəni irsin qorunmasına beynəlxalq yanaşmalardan danışmışlar.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Tədbirdə Azərbaycan adından çıxış edən Trend İnformasiya Agentliyinin Baş direktorun müavini Elçin Ağacanov İçərişəhərdə aparılan bərpa və konservasiya işləri, kommunikasiya layihələri, mədəni irsin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi və irsin mühafizəsi siyasətində ölkənin mövqeyinin gücləndirilməsi üçün mühüm platformaya çevrilib.

"Zara"nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı  FOTO like
  • 11 İyl 20:12  
Dünya "Zara"nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı FOTO

Dünyanın ən böyük geyim şəbəkələrindən biri olan Inditex SA-nın quru

arrow Ətraflı
Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq" like
  • 11 İyl 20:00  
Digərləri Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq"

Dubayda yaxın aylarda texnologiya və qastronomiyanın birləşdiyi unikal layi

arrow Ətraflı
Bu çanta 10 milyona satıldı  FOTO like
  • 11 İyl 19:48  
Şou-biznes Bu çanta 10 milyona satıldı FOTO

Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk "Hermès Bi

arrow Ətraflı
Dünyanın ən nadir qan qrupu kəşf edildi like
  • 11 İyl 19:36  
Dünya Dünyanın ən nadir qan qrupu kəşf edildi

Fransız alimlərin apardığı adi bir qan testi gözlənilməz tibbi sirri üz

arrow Ətraflı
Veysəl Əyyubov vəzifəsindən işdən çıxarıldı like
  • 11 İyl 19:24  
Digərləri Veysəl Əyyubov vəzifəsindən işdən çıxarıldı

Mingəçevir Dövlət Universitetinin (MDU) prorektoru vəzifədən azad olunub.

arrow Ətraflı
"Öldüyünü dediyim müğənni zəng edib ki, sağam" like
  • 11 İyl 19:12  
Şou-biznes "Öldüyünü dediyim müğənni zəng edib ki, sağam"

Aparıcı Nanə Ağamalıyeva verilişdə başına gələn hadisəni tamaşaçı

arrow Ətraflı
"ƏbuDabi görüşü bütün regionun gələcəyi üçün mühüm bir mərhələ oldu" like
  • 11 İyl 19:04  
Siyasət "ƏbuDabi görüşü bütün regionun gələcəyi üçün mühüm bir mərhələ oldu"

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərb

arrow Ətraflı
Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı  VİDEO like
  • 11 İyl 19:00  
Dünya Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı VİDEO

Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkd

arrow Ətraflı
Türkiyədə Cennifer Lopez üçün "saray" hazırlandı  FOTO like
  • 11 İyl 18:48  
Şou-biznes Türkiyədə Cennifer Lopez üçün "saray" hazırlandı FOTO

Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək

arrow Ətraflı
Qarpızın qabığına diqqət : Bu işarə təhlükə ola bilər like
  • 11 İyl 18:36  
Digərləri Qarpızın qabığına diqqət : Bu işarə təhlükə ola bilər

Yay mövsümündə sevilən meyvələrdən biri olan qarpızın seçimi qədər

arrow Ətraflı
Piton fermeri diridiri uddu  İçindən belə çıxardılar... like
  • 11 İyl 18:24  
Dünya Piton fermeri diridiri uddu İçindən belə çıxardılar...

İndoneziyada dəhşətli hadisə baş verib.

arrow Ətraflı
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın like
  • 11 İyl 18:20  
Digərləri Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın

İyulun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Türkiyəli aktyor Naxçıvanı ələ saldı  VİDEO like
  • 11 İyl 18:12  
Şou-biznes Türkiyəli aktyor Naxçıvanı ələ saldı VİDEO

Türkiyəli komediya aktyoru Alpay Erdemin səhnə çıxışında Naxçıvanla

arrow Ətraflı
"Amerika silahlarının pulunu NATO müttəfiqləri verəcək" like
  • 11 İyl 18:00  
Dünya "Amerika silahlarının pulunu NATO müttəfiqləri verəcək"

ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

arrow Ətraflı