Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq"
Digərləri 11 İyl 2025 20:00:00 149 0
Dubayda yaxın aylarda texnologiya və qastronomiyanın birləşdiyi unikal layihə həyata keçiriləcək. "WOOHOO" adlı yeni restoran sentyabr ayında şəhərin mərkəzində, Burj Xəlifənin yaxınlığında qapılarını qonaqların üzünə açacaq. Bu restoranı digərlərindən fərqləndirən əsas xüsusiyyət isə onun süni intellektlə - "Aşbaz Aiman" tərəfindən idarə olunmasıdır.
Bu xəbəri də oxu: Bakıda ibtidai sinif müəllimi vəfat etdi
Son.az xəbər verir ki, "Aşbaz Aiman" - adı "AI" (Süni İntellekt) və "human" (insan) sözlərinin birləşməsindən yaranıb - geniş dil modeli əsasında qurulub və on minlərlə resept, qida elmi tədqiqatları, molekulyar tərkiblər və fərqli mətbəx ənənələri üzərində "təhsil alıb". O, yeməkləri struktur, turşuluq, şirinlik və umami kimi dad komponentlərinə ayıraraq qeyri-adi və innovativ reseptlər yaradır.
Hərçənd ki, Aiman yeməyin dadını, qoxusunu hiss edə bilməz, onun təklif etdiyi reseptlər məşhur insan aşpazlar - o cümlədən Dubayda tanınmış aşpaz Reif Othman tərəfindən dadılır, qiymətləndirilir və son mərhələdə təkmilləşdirilir. Yəni süni intellekt mətbəxə rəhbərlik edir, lakin finalda insan təcrübəsi və zövqü ilə tamamlanır.
Uzunmüddətli hədəf isə bu modelin beynəlxalq miqyasda tətbiq edilməsidir. Layihə komandası ümid edir ki, gələcəkdə Aiman-ın reseptləri dünya restoranlarında istifadə olunacaq və bu, həm kulinariya təcrübəsini zənginləşdirəcək, həm də ətraf mühitə töhfə verəcək.
Fidan Son.az
Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk "Hermès Bi

Fransız alimlərin apardığı adi bir qan testi gözlənilməz tibbi sirri üz

Mingəçevir Dövlət Universitetinin (MDU) prorektoru vəzifədən azad olunub.

Aparıcı Nanə Ağamalıyeva verilişdə başına gələn hadisəni tamaşaçı

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərb

Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkd

Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək

Yay mövsümündə sevilən meyvələrdən biri olan qarpızın seçimi qədər

Bu gün İqtisadi Şuranın iclası keçirilib.

İndoneziyada dəhşətli hadisə baş verib.

İyulun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Türkiyəli komediya aktyoru Alpay Erdemin səhnə çıxışında Naxçıvanla

ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermis f

Türkiyəli müğənni Hadisənin dünənki konserti sosial mediada geniş müza
