Tanınmış vəkil vəfat etdi FOTO
Digərləri 11 İyl 2025 16:24:00 75 0
Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə 75 yaşında vəfat edib.
Bu xəbəri də oxu: Rusiyada ölü tapılan nazirin vida yazısı ortaya çıxdı FOTO
Son.az "525-ci qəzet"ə istinadən xəbər verir ki, Əli Heydər oğlu Nəsirli 1950-ci il yanvarın 18-də Ağcabədi rayonunda, əslən Şuşadan olan Nəsirli Heydər Məşədi Hüseyn oğlunun ailəsində dünyaya gəlmişdi. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən Ə.Nəsirli 1979-cu ildən Özbəkistan Respublikasında yaşayırdı. O, Özbəkistan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Ə.Nəsirli daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra vəkil kimi fəaliyyət göstərirdi. Özbəkistan Vəkillər Kollegiyasının üzvü idi, Azərbaycan Vəkillər Kollegiyası tərəfindən "Fəxri Vəkil" adı ilə təltif edilmişdi.
Əli Nəsirli həm də bədii yaradıcılıqla məşğul idi. Özbəkistan Yazıçılar Birliyinin üzvü olan soydaşımızın özbək və Azərbaycan dillərində müxtəlif şeirlər kitabları nəşr olunmuşdu.
Özbəkistan-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə 2012-ci ildə Özbəkistan Respublikasının, 2022-ci ildə isə Azərbaycan Respublikasının "Dostluq" ordenləri ilə təltif edilmişdi.
2025-ci ilin yanvar-may aylarında əhalinin sayı 14205 nəfər və ya 0,14 fai

Türkiyənin Milli Təhlükəsizlik Şurası baş katibinin müavini general-may

Xəbər verdiyimiz kimi, Şəmkirdə göldə üç azyaşlı boğulmuşdu.

İyulun 12-15-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımad

Ağ Ev rəsmi "X" (Twitter) hesabında maraqlı və simvolik paylaşı

Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komit�

Kontinental Fransada 9.8 milyon insan yoxsulluq içində yaşayır.

PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində t

Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Starovoit ölümündə

11 iyul 2025-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda HONOR 400 və HON

Rusiyada azərbaycanlı biznesmenlərdən rüşvət alan polislər saxlanılıb
