Daha 2 abidəmiz UNESCOnun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
Kriminal 11 İyl 2025 15:23:00 74 0
Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir.
Bu xəbəri də oxu: Parisdə İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sessiyanın gündəliyinə uyğun olaraq, iyulun 11-də Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb.
Azərbaycan tərəfindən təqdim olunmuş "Qədim Qəbələ şəhəri" və "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.
Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, eramızın I əsrindən yazılı mənbələrdə adıçəkilən Qədim Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.
Kontinental Fransada 9.8 milyon insan yoxsulluq içində yaşayır.

PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində t

Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Starovoit ölümündə

11 iyul 2025-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda HONOR 400 və HON

Rusiyada azərbaycanlı biznesmenlərdən rüşvət alan polislər saxlanılıb

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anba

KOB-ların və biznesə başlamaq istəyən potensial sahibkarların müvafiq sa

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən q

Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli məktəbin ibtidai sinif müəlli

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Miqrasiya
