Azərbaycanda “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı
Siyasət 11 İyl 2025 11:49:00 64 0
Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin "Şübhəli əməliyyatların monitorinqi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Bu xəbəri də oxu: Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması təsdiqləndi
Son.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi yaradılıb.
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti "Şübhəli əməliyyatların monitorinqi" informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli; "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
Prezident İlham Əliyev bələdiyyələrin vahid informasiya sisteminin yaradı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüsta

Prezident İlham Əliyev "Yaşayış minimumu haqqında" qanunda dəyi

"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ər

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının

Rusiyanın Krasnoyarsk şəhərində inşa olunan 25 mərtəbəli yaşayış bin

Türkiyədə "Terrorsuz Türkiyə" prosesində yeni və tarixi mərhə

Rüstəmov Cəlil Abbas oğlu Kəngərli Rayon İcra Hakimiyyəti başçısını

Azərbaycan Prezidenti İlham Əliyev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsu

Müğənni Əlikram Bayramov itkin düşdükdən 35 gün sonra tapılan qardaş�

Fransa Prezidenti Emmanuel Makron bir daha həyat yoldaşı Bricitlə bağlı qa

Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vənda

Baham adalarında superyaxtanın stüardessası cənnət səyahəti zamanı cans

"Könül bacısına zəng edib deyib ki, yoldaşı onu bıçaqla hədələy
