“Qızım həmin gün 2 dəfə ölümdən dönmüşdü, əcəl apardı...”
Digərləri 11 İyl 2025 10:38:00 69 0
Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.
Bu xəbəri də oxu: Şəmkirdə binada yanğın olub
Mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.
Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı 2 dəfə ölümlə üzləşib: "Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı".
A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə 4 yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib: "Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey 2 dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi".
Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları "A-Frame" tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Baham adalarında superyaxtanın stüardessası cənnət səyahəti zamanı cans

"Könül bacısına zəng edib deyib ki, yoldaşı onu bıçaqla hədələy

Ağdamın Qızıl Kəngərli kəndində bərpa tikinti işləri aparılarkən in

İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ail�

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Astroloqlar xəbərdarlıq edir: bəziləri üçün bu həftə çətinliklər d�

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində

İsrail Qəzza zolağındakı münaqişənin diplomatik yolla həllinə razıdı

İstər yerli, istərsə də xarici klublarda çıxış edən Azərbaycanlı fut

Müğənni Ofeliya Şabanova qalmaqallı açıqlama verib.

Meksikanın San-Pedro-Uuamelula şəhərinin meri miniatür timsah - Miqelana Es

Yayın ən çox istehlak edilən meyvələrindən biri də gilasdır.

Müğənni və aparıcı Məhin Hümbətova paylaşımı ilə diqqət çəkib.

Xalq artsiti Röya Ayxanın xalası qızı Aygül Bayramova maraqlı açıqlama
