Bakıda Qənnadçılıq və Çörəkbişirmə sənəti üzrə Milli Çempionat keçiriləcək FOTO
Digərləri 10 İyl 2025 17:06:00 70 0
Azərbaycanda, Bakıda ilk dəfə olaraq "Pastry & Bakery Chefs Baku Cup 2025" - qənnadçılıq və çörəkbişirmə sənəti üzrə milli birincilik keçiriləcək. Tədbir peşəkar qənnadçıları və ixtisaslaşmış təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək onların ustalıqlarını nümayiş etdirməsi və təcrübə mübadiləsi aparması üçün unikal bir platforma olacaq.
Bu xəbəri də oxu: 40 vəzifəli şəxs işdən çıxarıldı, 100dən çoxuna
Bu barədə Son.az-a Azərbaycan Kulinariya Gildiyasının (Azerbaijan Chefs Guild) və Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Əkbərzadə məlumat verib.
Keçirilmə tarixi: 30 iyul
Keçirilmə yeri: Badamdar Hotel & Residences, Bakı
Təşkilatçı: Bakı Kulinariya Assosiasiyası
Çempionat ölkədə qənnadçılıq və çörəkbişirmə sahəsinin inkişafına, həmçinin istedadlı mütəxəssislərin üzə çıxarılmasına və onların beynəlxalq arenada tanıdılmasına xidmət edəcək.
Yarışma aşağıdakı kateqoriyalar üzrə keçiriləcək:
- "Milli şirniyyat masası" - "Art-klass" (şirniyyat və şokolad məmulatları) - "Toy tortu" - "Çörəkbişirmə sənəti" - "Meyvə və tərəvəz oyma kompozisiyaları".
Münsiflər heyətində müxtəlif ölkələrdən aparıcı mütəxəssislər təmsil olunacaq: Süleyman Kursak (Türkiyə), Metin Ayhan (Türkiyə), Şahid Miyan (Pakistan), Hüseyn Şipal (Türkiyə), Çamil Fernando (Qətər), Hoşan DeSilva (BƏƏ), Don David (Azərbaycan), Bəhruz Qəlbinur (Azərbaycan).
Çempionat çərçivəsində tanınmış beynəlxalq nüfuzlu qastronomiya mütəxəssisləri tərəfindən ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur. Dəvət olunanlar arasında Türkiyənin müasir mətbəxi sahəsində tanınmış mütəxəssis, baş aşpaz və sertifikatlı təlimçi Süleyman Kursak da yer alır. O, ustad dərsi zamanı həm ənənəvi, həm də müasir türk qastronomiyasına aid yeməklərin hazırlanması üzrə müəllif texnologiyalarını və praktik bacarıqlarını təqdim edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
ABŞ-ın Texas ştatında baş verən güclü daşqın zamanı həyatını itir�

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Ağ Evd�

Azərbaycan və Özbəkistan Respublikasının xalq artisti, dosent Gülyanaq M�

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş

"Xəzər" telekanalının yüksək reytinqli layihələrindən olan &q

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata k

Tanınmış telejurnalist Telli Pənahqızına yeni vəzifə verildi.

Meyxanaçı Yaşar Qafanlı açıqlaması ilə diqqət çəkib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi ş�
