Zelenski Rusiyanı hədələdi
Dünya 10 İyl 2025 15:30:00 57 0
Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib. Ötən gecə Rusiya Ukraynaya hücumunda 400 dron və 18 raketdən istifadə edib.
Bu xəbəri də oxu: Səfirliyimizin yaxınlığında PARTLAYIŞ
Zelenski hücumla bağlı məlumat yayıb
Son.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabında bildirib.
Onun sözlərinə görə, dronların 200-ü "Şahed" tipli dronlar olub:
Hücumlar nəticəsində insan tələfatı olub
"Hücumların əsas hədəfi Kiyev olub. Bundan başqa Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb", - Ukrayna Prezidenti qeyd edib.
Zelenski sanksiyaların artırılmasına çağırıb
Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib.
Ukrayna müdafiəsini gücləndirmək üçün danışıqlar aparır
O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: "Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir". /APA
Tanınmış telejurnalist Telli Pənahqızına yeni vəzifə verildi.

Meyxanaçı Yaşar Qafanlı açıqlaması ilə diqqət çəkib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi ş�

Bakı şəhərində uşaq bağçalarına növbədə olan valideynlərin sayı 20

Bu gün Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (To

Rusiya prezidenti Vladimir Putin Ukraynanın müdafiəsinin yaxın aylarda iflas

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəti

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşin

Ulduzlar bəzi bürclərin həyatında mühüm dönüş nöqtəsi vəd edir. İy

"Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə

ABŞ prezidenti Donald Trampın administrasiyası Qabon, Qvineya-Bisau, Liberiya

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assa

Rusiya Avtomobil Dilerləri Assosiasiyası yaşı 15 ildən çox köhnə avtomob

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 10-da işini
