Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub FOTO
Kriminal 04 İyl 2025 23:01:00 79 0
Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub. Proqramda D.Şostakoviç 8 saylı simli kvartet c-moll (op.110) və F.Əlizadə "Muğamsayağı" əsərləri səslənib.
Bu xəbəri də oxu: Sabiq rəis elektron qolbaqda gəzəcək
Qeyd edək ki, kvartetin davamlı olaraq bir-birinin ardınca maraqlı proqram təqdim etməsi diqqətəlayiqdir. İfa edilən hər bir əsərdə səslərin ahəngi, musiqi materialının dinləyiciyə dolğun şəkildə çatdırılması və kvartetin hər bir üzvünün özünəxas səhnə mədəniyyəti ifaçıların peşəkarlığının göstəricisidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin muğam ilə müasir musiqi intonasiyalarının vəhdət şəklində təqdim olunduğu simli kvartet, zərb alətləri və sintezator (maqnit lenti) üçün yazılmış "Muğamsayağı" (1993) əsərinin səslənməsi isə dinləyicilərə böyük zövq bəxş etdi. Əsərdə Şərq-Qərb sintezi çox maraqlı tərzdə öz əksini tapıb. Musiqidəki dərin fəlsəfi psixoloji aləm, təzadlılıq, improvizə xüsusiyyətləri və eyni zamanda meditativ səslənmə ifaçılar tərəfindən yüksək ustalıqla ifa olundu. Kvartet üzvlərinin əsər boyu müxtəlif bölmələrdə zərb alətlərində (tam-tam və üçbucaq) də ifa etməsi akustik və səhnə görünüşü baxımından olduqca maraqlı və təqdirəlayiq idi.Bu kvartetə eyni zamanda yeni səs imkanları qazandırdı. Fəlsəfi məna kəsb edən bu əsər violonçelin solosu ilə başlayaraq, həmin solo intonasiya ilə tamamlandı.Ümumilikdə kvartetin ifası muğam üçlüyünə xas ahəngli səslənməni yaratdı.Sonda qonaq qismində iştirak edən bəstəkar F.Əlizadə kvartetin hər bir üzvünü təbrik edərək, onlara öz təşəkkürünü bildirdi. Beləliklə maraqlı "Kamera musiqisi axşamı" böyük anşlaqla yekunlaşdı. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. epertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir. Simli kvartetin tərkibi Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Azərbaycan Respublikasının Əməkdar artistləri Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov vəzifə

Prezident İlham Əliyevin "X" sosial şəbəkədəki rəsmi səhifəs

22:35 Yaralıların durumu açıqlanıb.

Misirdə qədim fironların məzarını açan alimlərin müəmmalı şəkildə

Bir çox insanlar erkən yaşlarında bütün məqsədlərinə çatmaya bilər v

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkila

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azə

Mən əziz qardaşım Prezident İlham Əliyevin sədrliyi ilə İqtisadi Əmək

Çin xarici işlər naziri Van İnin Avropa İttifaqı ölkələrinə səfəri d

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respu
