Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir TƏHLİL
Siyasət 04 İyl 2025 20:23:00 61 0
Çin xarici işlər naziri Van İnin Avropa İttifaqı ölkələrinə səfəri davam edir. Çinli diplomat səfərə Avropa İttifaqının paytaxtı Brüsseldən başlayıb. O, Fransa və Almaniyada da görüşlər keçirəcək. Tərəflər arasında müzakirə olunacaq xeyli mövzu var. Pekin Brüssellə iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Halbuki, Vaşinqton kimi Brüssel də Çin məhsullarının Avropa bazarlarında hökmranlığından narahatdır.
Bu xəbəri də oxu: Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Bəs Pekin Rusiyanın məğlub olmasını niyə istəmir?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Van İnin Avropa ölkələri paytaxtlarında müzakirə etdiyi digər mövzu Rusiya-Ukrayna müharibəsidir. Avropa ölkələri müharibənin dayandırılması üçün Pekinin Kremlə təsir etməsini istəyir. Pekinin Kremlə təsir imkanları olsa da, Çin müharibəni dayandırmaq üçün diplomatik fəallıq nümayiş etdirmir, əksinə Van İ Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Çinli diplomat bunu belə izah edib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Belə çıxır ki, Vainqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu bir o qədər Çinin maraqlarına xidmət edəcək. Buna baxmayaraq, Van İ Çinin Rusiyanı maddi-texniki baxımdan dəstəkləmədiyini vurğulayıb. Onun sözlərinə görə, əgər Çin Rusiyaya hərbi sahədə dəstək versəydi Rusiya çoxdan müharibədə qalib gələrdi:
"Avropa paytaxtlarında Van İnin Çinin Rusiya-Ukrayna müharibəsində birincinin məğlubiyyətində maraqlı olmaması fikirinə inanacaqlar. Halbuki, bu səmimiyyət avropalı rəsmilərin və diplomatların narazılığına səbəb olacaq. Van İnin "Çin Rusiyaya hərbi-texniki dəstək vermir" açıqlamasına isə çətin ki, inansınlar. Çinin Rusiyaya birbaşa hərbi texnika göndərdiyi barədə fakt olmasa da, Pekinin qonşu ölkəyə hərbi texnikanın istehsalı üçün gərəkən texnoloji dəstək verdiyinə dair şübhələr mövcuddur.
Bu arada, Vaşinqtonda QUAD ölkələri (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) xarici işlər nazirlərinin görüşü olub. Nazirlər dördlük arasında siyasi və hərbi tərəfdaşlığın gücləndirilməsi mexanizmlərini müzakirə ediblər. QUAD ölkələrini Çinin bölgədə artan hərbi gücü və mineral resurslara nəzarəti gücləndirmək siyasəti narahat edir. QUAD ölkələri xarici işlər nazirləri qəbul etdikləri ortaq bəyanatda mineral resursların tədarük zəncirlərinin "təhlükəsizliyi və diversifikasiyası üzrə əməkdaşlıq" təşəbbüsünü formalaşdırdıqlarını bildiriblər".
Politoloq qeyd edib ki, Donald Tramp administrasiyası daha çox Rusiya-Ukrayna müharibəsi, İranın uranı zənginləşdirmək və Yaxın Şərq mövzuları ilə məşğul olsa da, Asiyanı da unutmayıblar. Təsadüfi deyil ki, dövlət katibi Marko Rubio Vaşinqtonun diqqətinin Asiyaya çevrildiyini söyləyib. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücü ilə mübarizədə ittifaqları gücləndirməyə qərar verib. Prezident Donald Trampın bu ilin sonuna qədər QUAD ölkələrinə səfər planlaşdırması buna işarədir.
Asya Son.az
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respu

Azərbaycanda ən az əməkhaqqı alanlarla bağlı zaman-zaman fikirlər səsl�

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublik

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İyulun 4-də Şuşa şəhərində Az

Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb.

Azərbaycan həmişə haqq-ədalətin tərəfdarı olub.

Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin sabiq v�

"Atam Rusiyada qalırdı. 10 il sonra gəldi Azərbaycana və anamla barı�

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan R

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndid�

Ölkə ərazisində temperaturun normadan artıq olacağı gözlənilir.

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan

Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti Türkiyədə ke

Tanınmış azərbaycanlı bloqer Səbinə Orucova paylaşımı ilə diqqıt ç
