Media ilə bağlı qanun layihəsi yeni hüquqi normaların tətbiqi ilə fəaliyyətin daha keyfiyyətli qurulmasına imkan yaradacaq – Sevil Mikayılova


Siyasət 04 İyl 2025 15:00:00 72 0

Media ilə bağlı qanun layihəsi yeni hüquqi normaların tətbiqi ilə fəaliyyətin daha keyfiyyətli qurulmasına imkan yaradacaq – Sevil Mikayılova

"Media haqqında" Qanuna dəyişiklik və əlavələrə dair qanun layihəsi ilk növbədə media sahəsində hüquqi münasibələrin tənzimləməsinin daha da təkmilləşdirilməsini nəzərdə tutur.

Trend xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılova parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, xarici media subyektlərinin filial və nümayəndəliklərinin ölkə ərazisində fəaliyyəti beynəlxalq müqavilələr və Azərbaycan qanunvericiliyinə görə tənzimlənəcək:

"Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyəti qanunsuz hesab ediləcək və onların fəaliyyəti dayandırılacaq. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır, buna qədər mövcud olan bir sıra boşluqların aradan qaldırılmasına yönəlib və xarici media subyektlərinin hüquq və öhdəliklərini müəyyənləşdirəcək".

Deputat vurğulayıb ki, qanuna informasiya agentliklərinin iş prinsiplərinə də mütərəqqi dəyişikliklər və əlavələr edilib:

"İnformasiya agentliyini digər media subyektlərindən fərqləndirən xüsusiyyət onun işinin mürəkkəbliyidir. Özəl kontentin yaradılması şərtdir və təbii ki, bu böyük investisiya tələb edir. "Trend" İnformasiya Agentliyində uzun müddət işləmiş media işçisi olaraq söyləmək istəyirəm ki, "Trend"in illərlə davam edən beynəlxalq təcrübəsi olduğu üçün bu prinsipləri tətbiq edirdi. Özəl olmayan və müqaviləyə əsaslanmayan kontentdən istifadə beynəlxalq hüquq prosedurlarına görə ciddi maliyyə sanksiyalarının tətbiqi üçün əsas yaradır. Fəaliyyətimizin ilk mərhələsində müəyyən çətinliklərlə rastlaşırdıq, hətta ciddi maliyyə sanksiyaları ilə də üzləşmişdik. Müqavilələr dedikdə təkcə kommersiya müqavilələrini nəzərdə tutmuruq, söhbət müəllif hüquqlarının qorunmasından gedir. Bu da beynəlxalq təcrübədə çoxdan qəbul olunan normadır".

Sevil Mikayılova əlavə edib ki, saxta məlumatların dərci və yayımını qadağan edən normanın müəyyənləşdirilməsi günün tələbidir:

"Bu səbəbdən media subyektlərinin fəaliyyətinin müvəqqəti dayandırılması və xitamı ilə bağlı bəzi normalar müəyyənləşib. Media Reyestrindən çıxarılma üçün əsas kimi nəzərdə tututan yeni normalar media subyektlərinin yayımladıqları məlumatlara görə məsuliyyətini artıracaq və cəmiyyətin KİV-ə olan etimadını yüksəldəcək. Bundan əlavə, mümkün sanksiyaların müəyyən edilməsi redaksiyaları dərc etdikləri materialların keyfiyyətinə, faktoloji dəqiqliyinə və qanuna uyğunluğuna daha çox diqqət yetirməyə təşviq edəcək".

Millət vəkilinin sözlərinə görə, xarici media subyekləri də daxil olmaqla bütün media subyektləri tərəfindən dərci və yayımı qadağan olunan materiallarla bağlı tədbirlərin görülməsi səlahiyyətinin Medianın İnkişafı Agentliyinə verilməsi mühüm əhəmiyyət kəsb edir:

"Belə ki, Agentliyin səlahiyyətlərinin genişləndirilməsi bütün media subyektlərinin qanunvericiliyə əməl etməsinə daha effektiv nəzarət mexanizmini formalaşdıracaq. Media bazarında bərabər rəqabətli fəaliyyət şəraiti təmin ediləcək və ölkənin informasiya təhlükəsizliyi sistemini möhkəmləndirəcək.

Bundan əlavə, xarici media subyektlərinin Azərbaycan ərazisində maliyyə mənbələrinin şəffaflaşdırılması ölkənin daxili informasiya proseslərinə xarici müdaxilələrin qarşısını almağa xidmət edəcək. Yəni, Azərbaycandakı xarici media subyektlərinin fəaliyyətinin müstəqilliyini və şəffaflığını gücləndirəcək".

Deputat qeyd edib ki, qanun layihəsi yeni hüquqi normaların tətbiqi ilə media fəaliyyətini daha keyfiyyətlə qurmağa imkan yaradacaq, media subyektlərinin məsuliyyətini artıraraq cəmiyyətin onlara olan etimadını daha da möhkəmləndirəcək.

"Qanunun zəruriliyini bir daha qeyd edirik və mütərəqqi dəyişikliyi ehtiva edən bu qanunvericilik təşəbbüsünü dəstəkləyirik", - deyə o fikrini yekunlaşdırıb.

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib like
  • 04 İyl 14:54  
Siyasət Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib.

arrow Ətraflı
İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir like
  • 04 İyl 14:35  
Digərləri İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

Milli Məclis informasiya agentliklərinə dair yeni tələbləri birinci oxunu�

arrow Ətraflı
Borclulara əmlaklarını satmaq üçün 2 ay vaxt veriləcək like
  • 04 İyl 14:20  
Digərləri Borclulara əmlaklarını satmaq üçün 2 ay vaxt veriləcək

Milli Məclis "İcra haqqında" qanuna təklif edilən dəyişikliklə

arrow Ətraflı
"Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...” – MƏHKƏMƏ like
  • 04 İyl 14:14  
Siyasət "Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...” – MƏHKƏMƏ

İyulun 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

arrow Ətraflı
Azərbaycanla Səudiyyə Ərəbistanı arasındaki memorandum TƏSDİQLƏNDİ like
  • 04 İyl 14:03  
Digərləri Azərbaycanla Səudiyyə Ərəbistanı arasındaki memorandum TƏSDİQLƏNDİ

Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memo

arrow Ətraflı
Bakının ortasında kanalizasiya "fəlakəti"  Qurumdan AÇIQLAMA like
  • 04 İyl 13:55  
Digərləri Bakının ortasında kanalizasiya "fəlakəti" Qurumdan AÇIQLAMA

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun q

arrow Ətraflı
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur like
  • 04 İyl 13:50  
Siyasət Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur

Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Son 20 il ərzind�

arrow Ətraflı
Kiyevdə Azərbaycan restoranı darmadağın edildi  FOTO like
  • 04 İyl 13:41  
Dünya Kiyevdə Azərbaycan restoranı darmadağın edildi FOTO

Kiyevdə Azərbaycan mətbəxinin fəal təqdimini edən tanınmış "Orxan

arrow Ətraflı
Prezident: Azərbaycan ECOnun işində həmişə fəal iştirak edib like
  • 04 İyl 13:37  
Siyasət Prezident: Azərbaycan ECOnun işində həmişə fəal iştirak edib

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir.

arrow Ətraflı
Həbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub  RƏSMİ like
  • 04 İyl 13:31  
Digərləri Həbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub RƏSMİ

"Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan

arrow Ətraflı