Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ


Siyasət 04 İyl 2025 14:13:00 61 0

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ

İyulun 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində girov götürümüş şəxslər ifadə veriblər.

Trend xəbər verir ki, zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən "Tunel" adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduğunu bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: "O qədər çox atırdılar ki, sanki dolu yağırdı".

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: "Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var".

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndində müalicə adı altında aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.

N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: "Valideynlərim sağdır, onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasındaki memorandum TƏSDİQLƏNDİ like
  • 04 İyl 14:03  
Digərləri Azərbaycanla Səudiyyə Ərəbistanı arasındaki memorandum TƏSDİQLƏNDİ

Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memo

arrow Ətraflı
Bakının ortasında kanalizasiya "fəlakəti"  Qurumdan AÇIQLAMA like
  • 04 İyl 13:55  
Digərləri Bakının ortasında kanalizasiya "fəlakəti" Qurumdan AÇIQLAMA

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun q

arrow Ətraflı
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur like
  • 04 İyl 13:50  
Siyasət Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur

Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Son 20 il ərzind�

arrow Ətraflı
Kiyevdə Azərbaycan restoranı darmadağın edildi  FOTO like
  • 04 İyl 13:41  
Dünya Kiyevdə Azərbaycan restoranı darmadağın edildi FOTO

Kiyevdə Azərbaycan mətbəxinin fəal təqdimini edən tanınmış "Orxan

arrow Ətraflı
Prezident: Azərbaycan ECOnun işində həmişə fəal iştirak edib like
  • 04 İyl 13:37  
Siyasət Prezident: Azərbaycan ECOnun işində həmişə fəal iştirak edib

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir.

arrow Ətraflı
Həbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub  RƏSMİ like
  • 04 İyl 13:31  
Digərləri Həbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub RƏSMİ

"Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan

arrow Ətraflı
Prezident: ECOnun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var like
  • 04 İyl 13:29  
Siyasət Prezident: ECOnun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü - red.) Qaraba�

arrow Ətraflı
Ziraat Bank Azərbaycan Çinə birbaşa köçürmə imkanını təqdim etdi! like
  • 04 İyl 13:20  
Digərləri Ziraat Bank Azərbaycan Çinə birbaşa köçürmə imkanını təqdim etdi!

Daimə korporativ müştərilər üçün yeni imkanlar yaradan Ziraat Bank Azər

arrow Ətraflı
Zenfira Zaurun əri ilə bağlı sualına ƏSƏBİLƏŞDİ like
  • 04 İyl 13:10  
Şou-biznes Zenfira Zaurun əri ilə bağlı sualına ƏSƏBİLƏŞDİ

Müğənni Zenfira İbrahimova "Rəngarəng"in qonağı olub.

arrow Ətraflı
Sabah Bakıda 28 dərəcə isti olacaq like
  • 04 İyl 13:02  
Digərləri Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Ali Məhkəmədən saxta pul hazırlayan şəxsə ağır cəza like
  • 04 İyl 13:00  
Digərləri Ali Məhkəmədən saxta pul hazırlayan şəxsə ağır cəza

Azərbaycan Respublikasının Ali Məhkəməsi daha bir əhəmiyyətli qərar q�

arrow Ətraflı
Hökumənin bibisi oğlunun öldüyü qəzadan görüntülər like
  • 04 İyl 12:55  
Digərləri Hökumənin bibisi oğlunun öldüyü qəzadan görüntülər

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru avtomobil qəzasında

arrow Ətraflı