Yekaterinburqda baş verənlərlə bağlı cinayət işi açılıb


Digərləri 01 İyl 2025 13:05:00 73 0

Yekaterinburqda baş verənlərlə bağlı cinayət işi açılıb

Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri faktı üzrə cinayət işi başlanıb.

Bu barədə Son.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilmişdir ki, İyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekatirunburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycan əsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Rusiya Federasiyasının adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycan əsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulmuş və ağır bədən xəsarətləri yetirilmişdir.

Nəticədə 1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı - 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülmüşdür.

İstintaq zamanı təyin edilmiş Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümldən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemorrogik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində öldürülmüşdür.

Qohumla yenidən qohum olmaq istəyənlərin dövrü bitdi  Əks halda ağır nəticələr gözləyir! like
  • 01 İyl 13:00  
Digərləri Qohumla yenidən qohum olmaq istəyənlərin dövrü bitdi Əks halda ağır nəticələr gözləyir!

Xəbər verdiyimiz kimi, bu gündən qohum evliliyi ilə bağlı qadağa qüvvə

arrow Ətraflı
Azərbaycanda rusdilli məktəblər BAĞLANIR? like
  • 01 İyl 12:57  
Digərləri Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Val

arrow Ətraflı
“Birmarket”  “Bir” rəqəmsal ekosisteminin eticarət platformasıdır like
  • 01 İyl 12:55  
Digərləri “Birmarket” “Bir” rəqəmsal ekosisteminin eticarət platformasıdır

Onlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müşt�

arrow Ətraflı
Sabah çimərliklərdə hava necə olacaq? like
  • 01 İyl 12:52  
Digərləri Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin like
  • 01 İyl 12:47  
Siyasət Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin

Ax, Rusiya... Əvvəl istəyir ki, hamı onlardan qorxsun, sonra isə rusofobiya

arrow Ətraflı
Cazibədar "rinq qızı" Bakıya heyran qaldı  “Bakını necə sevməmək olar?” like
  • 01 İyl 12:45  
Digərləri Cazibədar "rinq qızı" Bakıya heyran qaldı “Bakını necə sevməmək olar?”

Braziliyalı məşhur UFC ring qızı və aparıcısı Jhenny Andrade, Bakıda k

arrow Ətraflı
Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər like
  • 01 İyl 12:40  
Digərləri Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər

Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum

arrow Ətraflı
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu like
  • 01 İyl 12:36  
Siyasət Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu

Bu ay son on ilin ən irimiqyaslı və ən aqressiv anti-Azərbaycan kampaniyala

arrow Ətraflı
Temperatur aşağı düşür  Bakıda güclü külək əsəcək like
  • 01 İyl 12:24  
Digərləri Temperatur aşağı düşür Bakıda güclü külək əsəcək

İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Vüsalə Səid vəzifəsindən ayrıldı like
  • 01 İyl 12:24  
Digərləri Vüsalə Səid vəzifəsindən ayrıldı

Jurnalist Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Ra

arrow Ətraflı
"Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmirdik”  Ədalət Həsənov like
  • 01 İyl 12:15  
Digərləri "Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmirdik” Ədalət Həsənov

Ziyəddin Səfərovun ölüm səbəbi Rusiyada edilən ekspertiza zamanı ürək

arrow Ətraflı
Marketdə "qorxu dolu" anlar  Qutunun hərəkət etdiyini görən kişi "dəli oldu" like
  • 01 İyl 12:11  
Digərləri Marketdə "qorxu dolu" anlar Qutunun hərəkət etdiyini görən kişi "dəli oldu"

Türkiyədə marketlərin birində qəribə anlar yaşanıb. Market sahibi yan�

arrow Ətraflı
Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başlayıb like
  • 01 İyl 12:05  
Digərləri Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başlayıb

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaş

arrow Ətraflı
Kişilər arasında "səssiz xəstəlik" sürətlə yayılır like
  • 01 İyl 11:51  
Digərləri Kişilər arasında "səssiz xəstəlik" sürətlə yayılır

ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yay�

arrow Ətraflı