“Birmarket” “Bir” rəqəmsal ekosisteminin eticarət platformasıdır
Digərləri 01 İyl 2025 12:55:00 83 0
Onlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə Birmarket brendi adı altında xidmət göstərəcək. Rebrendinq prosesini uğurla başa vuran e-ticarət platforması 2 milyondan çox müştəriyə unikal alış-veriş təcrübəsi təqdim edir.
Bu xəbəri də oxu: Dondurma kökəldirmi? Mütəxəssislərdən xəbərdarlıq
Azərbaycanın ən böyük elektron ticarət platforması olan Birmarket müştərilərinə elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məsulları, ev əşyaları da daxil olmaqla, onlarla kateqoriyada yüz minlərlə məhsul çeşidi təklif edir. Bununla yanaşı platforma istifadəçilərə sifarişləri ölkə üzrə fəaliyyət göstərən 850-dən çox "Gəl al" təhvil məntəqəsindən əldə edə və ya kuryer vasitəsilə ünvanlarını tərk etmədən təhvil ala bilərlər. 24 ayadək hissə-hissə, taksitlə ödəniş və yerində kredit imkanı isə müştərilərə əlçətan, eləcə də sərhədsiz alış-veriş fürsəti yaradır.
"Birmarket", özündə "Birbank", "m10", "MilliÖn" və digər servisləri birləşdirən "Bir" rəqəmsal ekosisteminin tərkib hissəsidir. Platforma ekosistemin digər iştirakçıları ilə sıx inteqrasiya olunub ki, bu da texnoloji uyğunluğu təmin edir və yeni funksiyaların tətbiqini sürətləndirir.
"Birmarket" brendinin istifadəyə verilməsi, "Bir" ekosistemindəki rolumuzu vurğulayır. Burada alış-veriş, ödənişlər və servislər vahid rəqəmsal məkanda birləşərək milyonlarla istifadəçi və tərəfdaş üçün yeni imkanlar yaradır", - "Birmarket"in Baş icraçı direktoru Rauf Qulaməliyev bildirib.
Qeyd edək ki, 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə avtomatik olaraq Birmarket brendinə dəyişəcək. Bunun üçün istifadəçilərin mobil tətbiqi yeniləmələri kifayətdir. Həmçinin "Gəl al" məntəqələrinin yenilənməsinə də 1 iyul tarixindən etibarən start veriləcək və məntəqələr Birmarket adı altında fəaliyyətlərini davam etdirəcəklər. Brendin yenilənməsi mövcud hesablar, sifarişlər və loyallıq proqramlarında heç bir dəyişikliyə səbəb olmayacaq. İstifadəçilər əlavə əməliyyata gərək olmadan mövcud imkanlardan yararlana biləcəklər.
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Birmarket, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.
Xəbərə aid video
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Ax, Rusiya... Əvvəl istəyir ki, hamı onlardan qorxsun, sonra isə rusofobiya

Braziliyalı məşhur UFC ring qızı və aparıcısı Jhenny Andrade, Bakıda k

Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum

Bu ay son on ilin ən irimiqyaslı və ən aqressiv anti-Azərbaycan kampaniyala

İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Jurnalist Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Ra

Ziyəddin Səfərovun ölüm səbəbi Rusiyada edilən ekspertiza zamanı ürək

Türkiyədə marketlərin birində qəribə anlar yaşanıb. Market sahibi yan�

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaş

"Google", "Android" istifadəçilərinin "Gmail" t

ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yay�

Yekaterinburqda öldürülən Səfərov qardaşlarının cəsədlərinin ekspert

Culfa rayonunun bir kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Xəbər verdiyimiz kimi, xeyli çəki itirərək vəfat edən türkiyəli fenome
