Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb FOTO
Siyasət 11 Mar 2025 18:36:00 416 0
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də ADA Universitetində tələbələrlə görüşüb.
Bu xəbəri də oxu: Prezident ona “generalmayor” ali hərbi rütbəsi verdi
Son.az xəbər verir ki, Qordana Silyanovska-Davkova çıxışında iki ölkə arasındakı dostluq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan və Şimali Makedoniya arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edərək, xüsusilə təhsil, iqtisadiyyat və mədəni sahələrdə əlaqələrin inkişafına diqqət çəkib.
Daha sonra Prezident regiondakı geosiyasi vəziyyət, Şimali Makedoniyanın beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, ölkəsinin Avropa ilə əlaqələrinin möhkəmləndirilməsinə dair atılan addımlardan danışıb və Azərbaycanın beynəlxalq arenada artan rolunu yüksək qiymətləndirib.
Görüş interaktiv şəkildə davam edib və Prezident Qordana Silyanovska-Davkova tələbələrin suallarını cavablandırıb.
Gənclərlə açıq dialoq aparan dövlət başçısı onların gələcək planları, təhsil imkanları və ikitərəfli münasibətlərin perspektivləri ilə maraqlanıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Xəbərə aid video
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı, tanımış
Şəkidə 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edən ata hakim
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur
Ermənistanın baş naziri Nikol Paşinnyanın və onun administrasiyasının m�
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Azərbaycanda bir neçə şirkət maliyyə vəziyyətlərinə görə ləğv olun
Aparıcı Xoşqədəm Hidayətqızı sosial veriliş aparan həmkarlarını tən
Qazaxıstanda mütəşəkkil cinayətkar dəstənin tərkibində 56 böyrək sat
ABŞ və Ukrayna arasında mühüm diplomatik danışıqlar Səudiyyə Ərəbist
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların bayram günləri üçü
Türkiyəli aktyor Müjdat Gezenin səhhətində problem yaranıb.
Qvatemalada 3763 metr hündürlüyündə yerləşən Fueqo vulkanı püskürüb
