Doğum günündə hökm oxundu
Kriminal 11 Mar 2025 17:56:00 75 0
Eyni məhlədə yaşadığı tanışını öldürməyə cəhddə ittiham olunan Bəhrəm İbayevin məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluğa ÇAĞIRILDI
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu gün hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son iclas təqsirləndirilən şəxsin doğum gününə təsadüf edib.
Vəkil müvəkkili üçün önəmli günü və azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə qəsdən adam öldürməyə cəhd maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.
Hökmə əsasən, Bəhrəm İbayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bəhrəm üçün bundan sonra 11 mart təkcə doğum günü kimi deyil, hökm günü kimi də xatırlanacaq.
Qeyd edək ki, cinayət hadisəsi ötən ilin yayında Sabunçu rayonunda yerləşən "Park kafe" adlı iaşə obyektində baş verib.
İstintaq materiallarına görə, Bəhrəmlə zərərçəkmiş Natiq Hüseynov arasında mübahisə salam verməmək üstündə başlayıb. Belə ki, Bəhrəm Natiqin ona salam vermədən yanından keçməsinə əsəbiləşib. Onlar arasında bu məsələ ilə başlayan mübahisə qanla yekunlaşıb. Bəhrəm qarşı tərəfə 14 bıçaq zərbəsi vurub. Ağır xəsarət alan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.
Ermənistanın baş naziri Nikol Paşinnyanın və onun administrasiyasının m�

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Azərbaycanda bir neçə şirkət maliyyə vəziyyətlərinə görə ləğv olun

Aparıcı Xoşqədəm Hidayətqızı sosial veriliş aparan həmkarlarını tən

Qazaxıstanda mütəşəkkil cinayətkar dəstənin tərkibində 56 böyrək sat

ABŞ və Ukrayna arasında mühüm diplomatik danışıqlar Səudiyyə Ərəbist

Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların bayram günləri üçü

Türkiyəli aktyor Müjdat Gezenin səhhətində problem yaranıb.

Qvatemalada 3763 metr hündürlüyündə yerləşən Fueqo vulkanı püskürüb

Astroloqlar xarakteri ən dəyişkən olan bürcü müəyyən ediblər. Mütəx�

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanl�

"Sevinirəm ki, oğlum var. Qız lazım deyil, elə oğullar yaxşıdır. T

Abşeron rayonu, Məmmədli kəndində yerləşən "Lukoyl" yanacaqdol
