Saxlanılan icra başçısı ilə bağlı şok faktlar
Digərləri 20 İyn 2025 19:15:00 78 0
Xəbər verdiyimiz kimi, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Bu xəbəri də oxu: Günün qoroskopu: Dəqiqlik vacibdir
Son.az Bakupost.az-a istinadla xəbər verir ki, vəzifəyə təyin olunduğu vaxtdan Musa Şəkiliyev dəfələrlə mətbuatın gündəminə gəlib.
Barəsində yayılan faktlar göstərir ki, Musa Şəkiliyev təkcə dövlət vəzifəsində uzun müddət çalışması ilə deyil, həm də qohumluq əlaqələri ilə diqqəti çəkib.
1959-cu il sentyabrın 23-də Qax rayonunda anadan olan Musa Şaban oğlu Şəkiliyev 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, sonra Rostov vilayətinin Novoçerkassk şəhərində yerləşən Novoçerkassk Mühəndis-Meliorasiya İnstitutuna daxil olub. 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası üzrə ali təhsilini başa vuraraq əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlayıb. Növbəti illərdə müxtəlif dövlət vəzifələrində çalışıb, o cümlədən İlisu Dövlət Qoruğunun direktoru, Qax Meşə Təsərrüfatının direktoru və Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə olub.
2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Musa Şəkiliyev uzun illər bu postu tutub.
Musa Şəkiliyev tanınmış məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. O, baş nazirin köməkçisi Əhməd Əhmədzadənin və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Qeyd edək ki, Əhməd və Mübariz Əhmədzadələr qardaşdır.
Şəkiliyevin tənqidə tuş gəlməsinə səbəb olan ən bariz nümunələrdən biri 2024-cü il mayın 20-də baş verib. Həmin gün Uzuntala kəndində keçirilən səyyar qəbul zamanı icra başçısı və onun ətrafındakı vəzifəli şəxslər kölgədə yerləşdirilmiş rahat stullarda oturduqları halda, görüşə gələn kənd sakinləri, əsasən də yaşlı insanlar günəşin altında saatlarla gözləməli olublar. Daha da acınacaqlısı odur ki, yaşlı kənd sakinləri bağçalarda istifadə olunan uşaq stullarında əyləşdiriliblər. Bu xoşagəlməz görüntü sosial şəbəkələrdə geniş yayılıb və ciddi ictimai narazılıq doğurub.
20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil o

Azərbaycanlı tanınmış aparıcı Lətafət Ələkbərova müğənniliyə ba�

İyunun 13-dən bu günə qədər İsrailin İrana endirdiyi zərbələr nətic�

ABŞ-nin Kentukki ştatında yaşayan 27 yaşlı Sierra Arena uzun illərdən s

İsrail ordusu Hizbullahın atəş qüvvələrinin komandirini öldürdüyünü

Telegram messencerinin iOS üçün 11.13 beta versiyasında (quruluş 30945) uzu

Kolumbiyalı "bodibildinq üzrə çempion" Zunilda Hoyos Mendez İspa

İranla İsrail arasında davam edən gərginlik Azərbaycana avtomobil idxal ed

İyunun 21-i gündüzdən 24-dək Bakıda və Abşeron yarımadasında, eyni zam

İrandan İsrailə yeni raket hücumları qeydə alınıb.

65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədr

Türkiyənin İzmir vilayətinin Kınık rayonunda meşə yanır.

Azərbaycanda sürücülər arasında geniş yayılmış bir vərdiş var: benzi
