27 yaşlı qadın həkimə getdi, kişi olduğu üzə çıxdı FOTO
Dünya 20 İyn 2025 18:00:00 69 0
ABŞ-nin Kentukki ştatında yaşayan 27 yaşlı Sierra Arena uzun illərdən sonra genetik olaraq kişi olduğunu öyrənib. Onun sözlərinə görə, bu faktı yalnız yeniyetməlik dövründə həkimə müraciət etdikdən sonra öyrənib.
Bu xəbəri də oxu: Bodibildinq üzrə çempionun evində meyiti tapıldı Çəkiclə öldürülüb...
Son.az xəbər verir ki, Sierra Arena Daily Mail-ə verdiyi müsahibədə bildirib ki, uşaqlıqdan özünü tamamilə qadın kimi hiss edib və heç vaxt cinsi kimliyinə şübhə etməyib. Lakin 16 yaşına çatdıqda bədənində qeyri-adi dəyişikliklər müşahidə edib - menstruasiyanın olmaması və menopauzaya bənzər simptomlar onu narahat etməyə başlayıb.
Müayinələr zamanı həkimlər Arenanın genetik cəhətdən kişi olduğunu müəyyən ediblər. Onun DNT-sində kişi xromosom dəsti - XY aşkar olunub. Həmçinin məlum olub ki, yumurtalıqları inkişaf etmədiyindən Arena yetkinlik dövrünə tam keçid edə bilməyib.
Sierra Arena bu vəziyyətə əvvəlcə utanaraq yanaşdığını etiraf edir. İndi isə potensial partnyorlarına sonsuzluqla bağlı vəziyyəti əvvəldən izah etməyə çalışır. "Keçmişdə çəkinirdim, amma indi daha çox danışmağa ehtiyac duyuram", - deyə o bildirib.
Qeyd edək ki, İnterseks adlanan bu insanlar bioloji və genetik xüsusiyyətlərinə görə tipik kişi və ya qadın kateqoriyalarına tam uyğun gəlməyən fərdlərdir. Bu hal bəzən intrauterin (ana bətnində) inkişaf zamanı hormonal və xromosom dəyişikliklər nəticəsində meydana gəlir. Mütəxəssislərin fikrincə, təxminən 40-a yaxın interseks variasiyası mövcuddur.
İsrail ordusu Hizbullahın atəş qüvvələrinin komandirini öldürdüyünü

Telegram messencerinin iOS üçün 11.13 beta versiyasında (quruluş 30945) uzu

Kolumbiyalı "bodibildinq üzrə çempion" Zunilda Hoyos Mendez İspa

İranla İsrail arasında davam edən gərginlik Azərbaycana avtomobil idxal ed

İyunun 21-i gündüzdən 24-dək Bakıda və Abşeron yarımadasında, eyni zam

İrandan İsrailə yeni raket hücumları qeydə alınıb.

65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədr

Türkiyənin İzmir vilayətinin Kınık rayonunda meşə yanır.

Azərbaycanda sürücülər arasında geniş yayılmış bir vərdiş var: benzi

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ş�

"Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudl

İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində İranın nüvə proqramı

Türkiyəli tanınmış aktyor və aparıcı Oktay Kaynarca qonaq olduğu proq
