KOBİAnın təşəbbüsü ilə 7 istiqamət üzrə daxili bazar araşdırması aparılıb
Digərləri 19 İyn 2025 18:04:00 70 0
Soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti məqsədli yerli xammal ehtiyatları istiqamətləri üzrə daxili bazar araşdırmaları aparılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə aparılmış bazar araşdırmalarında sektorun inkişafı, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə ətraflı məlumatlar verilib. Bu isə müvafiq sahələrdə öz biznesini qurmaq və ya fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün vacibdir.
Bu xəbəri də oxu: MİNnin mətbuat xidmətinin keçmiş rəhbəri vəfat etdi
Müvafiq bazar araşdırmaları ilə sahibkarlar KOBİA-nın www.smb.gov.az saytından tanış ola bilərlər (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).
Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulub.
Sahibkarların müraciətləri və onların ehtiyacları nəzərə alınmaqla Agentliyin təşəbbüsü ilə mütəmadi olaraq daxili bazar araşdırmaları aparılır.
İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nın təşəbbüsü ilə isə 33 olmaqla ümumilikdə 61 daxili bazar araşdırması həyata keçirilib.
Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bild

İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla

Xalq artisti Afaq Bəşirqızı açıqlamaları ilə diqqət çəkib.

Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şa

Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi xalqlarımızın talel�

"WhatsApp"da uzun müddətdir gözlənilən reklamlar artıq tətbiq o

Lənkəranda toya gedənlər qəzaya düşüb.

Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi davam edir.

Müğənni İradə İbrahimova yeni görüntüsü ilə diqqət çəkib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə yeni rəis təyin edilib.

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanınday

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.

Qeyd etdiyiniz kimi, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın C

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azə

Bu gecə Bakı səmasında görünən naməlum uçan obyektlər paytaxt sakinlə
