Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi 100 min itirdi


Kriminal 11 İyn 2025 19:24:00 93 0

Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi  100 min itirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: "5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər".

E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı "Çağdaş Eğitim" şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb.

Ofeliya Şabanova ərinin xəyanətinə görə üzr istədi like
  • 11 İyn 19:10  
Şou-biznes Ofeliya Şabanova ərinin xəyanətinə görə üzr istədi

Müğənni Ofeliya Şabanova "Rəngarəng" verilişinə gələrək efi

arrow Ətraflı
Şans bu bürclərin kölgəsidir  Doğuşdan uğurlu olan 3 bürc like
  • 11 İyn 18:54  
Digərləri Şans bu bürclərin kölgəsidir Doğuşdan uğurlu olan 3 bürc

Şans deyilən bir sirr varsa, açarı bu üç bürcdə gizlidir...

arrow Ətraflı
400 bal toplayan Əli bu universitetdə oxumaq like
  • 11 İyn 18:41  
Digərləri 400 bal toplayan Əli bu universitetdə oxumaq

Xəbər verdiyimiz kimi, III ixtisas qrupu üzrə 2 nəfər  ən yüksək nəti

arrow Ətraflı
Zaxarova erməni jurnalistə "yerini göstərdi" like
  • 11 İyn 18:12  
Siyasət Zaxarova erməni jurnalistə "yerini göstərdi"

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında n�

arrow Ətraflı
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI like
  • 11 İyn 18:00  
Şou-biznes Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Yasda ehsan verənlər cərimələnə bilər? like
  • 11 İyn 17:50  
Digərləri Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağa

arrow Ətraflı
"ChatGPT"nin yeni modeli istifadəyə verildi  Bu problemləri həll edir like
  • 11 İyn 17:41  
Digərləri "ChatGPT"nin yeni modeli istifadəyə verildi Bu problemləri həll edir

"OpenAI" mürəkkəb məsələlərin həllinə yönəlmiş və xüsusi

arrow Ətraflı
Gecə satışa çıxan "əlimyandı" maşınlar like
  • 11 İyn 17:30  
Digərləri Gecə satışa çıxan "əlimyandı" maşınlar

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə ş�

arrow Ətraflı
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb  FOTO like
  • 11 İyn 17:26  
Kriminal Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb FOTO

İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xal

arrow Ətraflı
Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR? like
  • 11 İyn 17:21  
Digərləri Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda "Qaz təchizatı haqqında" yeni qanun layihəsi də haz

arrow Ətraflı
Xankəndidəki sahibkarın iddiası ilə bağlı  Rəsmi açıqlama like
  • 11 İyn 17:16  
Digərləri Xankəndidəki sahibkarın iddiası ilə bağlı Rəsmi açıqlama

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respubl

arrow Ətraflı
“Narkoman deyiləm, gül kimi qızam” like
  • 11 İyn 17:15  
Digərləri “Narkoman deyiləm, gül kimi qızam”

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi tə

arrow Ətraflı
Sabahın tibbimeteoroloji PROQNOZU like
  • 11 İyn 17:08  
Digərləri Sabahın tibbimeteoroloji PROQNOZU

İyunun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR! like
  • 11 İyn 17:02  
Digərləri Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd i

arrow Ətraflı