Gecə satışa çıxan "əlimyandı" maşınlar
Digərləri 11 İyn 2025 17:30:00 111 0
Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə şübhə doğurmalıdır
Bu xəbəri də oxu: "Ordumuzun Qüdrəti" adlı rəsm müsabiqəsi elan olunub
Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda "cekpot", "əlimyandı", "şansı qaçırma" kimi çağırışlarla təqdim olunan avtomobillər alıcılara cazibədar görünür. Lakin bu cür maşınların arxasında gizlənən risklər çox vaxt alıcıların gözündən qaçır.
Əsasən bazar dəyərindən xeyli ucuz qiymətə satılan bu avtomobillər əksər hallarda texniki cəhətdən nasaz, sənədlərində problem olan, ya da hansısa səbəbdən əldən çıxarılmağa çalışılan nəqliyyat vasitələridir. Bəzi hallarda isə avtomobilin mühərrik nömrəsi silinmiş, şassi kodu dəyişdirilmiş vəziyyətdə olur. Bu cür nasazlıqlar ilk baxışda görünməsə də, bir neçə gün və ya hətta saat sonra ciddi problemlərə səbəb olur.
Avtomobil almaq səbr və diqqət tələb edən prosesdir. Tələskənliklə, gecə saatlarında, telefon işığında baxılıb alınan avtomobillər çox zaman sabahı gün alıcıya başağrısı olur. Ekspertlər bildirir ki, "tez al, uduzma" prinsipi ilə hərəkət edən alıcılar əslində çox şey itirə bilər. Çünki avtomobil alışı ancaq qiymətə görə deyil, texniki vəziyyətə əsaslanmalıdır.
. Ucuz qiymət alıcıya sevinc yox, problemlər, təmir xərcləri və hüquqi məsuliyyət gətirə bilər. Odur ki, avtomobil alarkən təkcə qiymətə deyil, arxa planda gizlənən risklərə də diqqət yetirmək vacibdir. Gecə alınan "cekpot" sabah həyatınızı alt-üst edə bilər.
Bəzi satıcılar avtomobili satmazdan əvvəl onu kosmetik olaraq cilalayır, yağını dəyişir, kiçik texniki nasazlıqları gizlədir və avtomobili bir neçə günlük "sağlam" kimi təqdim edirlər. Alıcı isə avtomobili bir neçə metr sürdükdən sonra hər şeyin qaydasında olduğunu zənn edir. Ancaq bir neçə gündən sonra mühərrikdə, sürətlər qutusunda və ya elektron sistemlərdə yaranan nasazlıqlar artıq alıcının boynuna düşür. Üstəlik, satıcı ilə əlaqə saxlamaq da çətinləşir, çünki bu cür satışların əksəriyyəti qeyri-rəsmi olur.
Unutmaq olmaz ki, ucuz avtomobil satmaq istəyən şəxs, adətən, ondan tez qurtulmağa çalışır. Əgər bir maşın real dəyərindən aşağı qiymətə təqdim olunursa, bunun ya texniki, ya da hüquqi problemi var. Tələskənliklə verilən qərarlar sonradan həm maliyyə, həm də hüquqi baxımdan böyük itkilərlə nəticələnə bilər. Avtomobil almaq bir gündə verilən qərar deyil - yoxlamaq, müqayisə etmək və düşünmək şərtdir. Çünki avtomobil almaq yox, problem almaq istəmirsinizsə, diqqətli olmaqdan başqa yolunuz yoxdur.
İslam Son.az
İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xal

Azərbaycanda "Qaz təchizatı haqqında" yeni qanun layihəsi də haz

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respubl

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi tə

İyunun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd i

Türkiyəyə dost ölkənin İsraillə əlaqələri üzə çıxdı

Xəbər verdiyimiz kimi, Avstriyanın cənubundakı Qrats şəhərində orta mə

Qoxuların təsiri sadəcə estetik deyil, eyni zamanda emosional yaddaşımızl

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, bina 28-in sakinləri zirzəminin u

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüy�

Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşdüyü

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuan

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır
