Ətir seçimi xarakter göstəricisi imiş XƏBƏRDARLIQ


Digərləri 11 İyn 2025 16:50:00 98 0

Ətir seçimi xarakter göstəricisi imiş  XƏBƏRDARLIQ

Qoxuların təsiri sadəcə estetik deyil, eyni zamanda emosional yaddaşımızla birbaşa əlaqəlidir.

Son.az Hit.Az-a istinadən xəbər verir ki, tanınmış əttar və parfümeriya mütəxəssisi Türkan Alixanova ətir və parfümlərlə bağlı mühüm məqamları açıqlayıb. Onun sözlərinə görə, ətir insanın görünməyən imzasıdır və düzgün seçilmədikdə həm özünüz, həm də ətrafınızdakılar üçün narahatlıq yarada bilər.

"Ətir - buxarlandıqdan sonra qoxu hisslərimiz tərəfindən yaddaşımıza həkk olunan aromatik molekullardır. Parfüm isə suda və ya spirtdə həll olunmuş kompleks bir kompozisiyadır," - deyə mütəxəssis bildirir.

Qoxular və yaddaş: Emosional stimullaşdırma gücü

Türkan Alixanova qeyd edir ki, insanlar gündəlik emosiyalarının təxminən 75%-ni qoxular vasitəsilə yaşayır:

"Qoxu hissiyyatı bizim emosional yaddaşımızın əsas stimullarındandır. Ətirləri 1 il ərzində 70% dəqiqliklə xatırlamaq mümkündür. Bəzən cəmi 1 saniyədə hiss olunan bir qoxu illər əvvəlki bir anı və hissi canlandıra bilər".

Ətir - musiqi kimi kompozisiya

Alixanova ətirin quruluşunu musiqi ilə müqayisə edir. Onun sözlərinə görə, hər bir ətir üç əsas not üzərində qurulur və zamanla dəyişərək dəri üzərində fərqli mərhələlərlə açılır:

Üst notlar (ilk təəssürat): Çox tez buxarlanan, qeyri-sabit, ancaq ən vacib təsir buraxan hissədir.

Ürək notları (əsas ruh): Üst notlardan sonra ortaya çıxır. Daha stabil və orta davamlılığa malik qoxulardır.

Əsas notlar (vizit kartı): Ən qalıcı və dərin təsir yaradan qoxular bu mərhələdə ortaya çıxır. Dəri ilə uzun müddət qalan, insanın şəxsiyyətini tamamlayan hissədir.

"Ətirin bu notları bir-birindən tam ayrılmır. Onlar qarışır, bir-birinə reaksiya verir və nəticədə unikal bir parfümeriya əsəri meydana çıxır," - deyə əttar vurğulayır.

Ətirlərin növləri və konsentrasiyası

Alixanova eyni zamanda bazarda rast gəlinən parfümeriya məhsullarının tərkibindəki komponent fərqliliklərinə də aydınlıq gətirir:

Odekolon: Ən aşağı konsentrasiyalı ətir növüdür. (1-2%)

Eau Fraiche: "Təzə odekolon" kimi təqdim olunur. (3-6%)

Tualet suyu (Eau de Toilette): İncə qoxu sevənlər üçün ideal seçimdir. (5-10%)

Parfüm suyu (Eau de Parfum): Qalıcılığı daha yüksək, gündəlik istifadə üçün uyğundur. (10-18%)

Əsl ətir (Parfum): Ən yüksək konsentrasiyaya malik parfümeriya məhsuludur. (43-70%)

"Ətir seçərkən yalnız qoxuya deyil, həm də onun konsentrasiyasına diqqət yetirmək lazımdır. Yüksək konsentrasiyalı ətirlər daha bahalı və qalıcıdır, lakin onları istifadə edərkən miqdarına da nəzarət vacibdir," - deyə Türkan Alixanova tövsiyə edir.

P.S. Ətir sadəcə qoxu deyil, bir duyğudur. Onu seçərkən təkcə burnunuzu deyil, xatirələrinizi də dinləyin.

Sumqayıtda zirzəmi bataqlığa çevrildi  sakinlər nəfəs ala bilmir! like
  • 11 İyn 16:41  
Digərləri Sumqayıtda zirzəmi bataqlığa çevrildi sakinlər nəfəs ala bilmir!

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, bina 28-in sakinləri zirzəminin u

arrow Ətraflı
Xanəndələr canlı efirdə barışdılar  VİDEO like
  • 11 İyn 16:30  
Şou-biznes Xanəndələr canlı efirdə barışdılar VİDEO

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüy�

arrow Ətraflı
Əlikramın qardaşı oğlu like
  • 11 İyn 16:27  
Şou-biznes Əlikramın qardaşı oğlu

Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşdüyü

arrow Ətraflı
Mavritaniya Prezidenti Azərbaycan liderini təbrik edib like
  • 11 İyn 16:22  
Siyasət Mavritaniya Prezidenti Azərbaycan liderini təbrik edib

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuan

arrow Ətraflı
DYP skuterlə hərəkət edənlərə xəbərdarlıq edib like
  • 11 İyn 16:17  
Digərləri DYP skuterlə hərəkət edənlərə xəbərdarlıq edib

Skuterlə hərəkət edənlərə xəbərdarlıq

arrow Ətraflı
Xəstəxanada ölən 20 yaşlı Dəryanın GÖRÜNTÜLƏRİ yayıldı like
  • 11 İyn 16:16  
Digərləri Xəstəxanada ölən 20 yaşlı Dəryanın GÖRÜNTÜLƏRİ yayıldı

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır

arrow Ətraflı
Dünyanın ən hündür metro stansiyası inşa edilir  Bu ölkədə like
  • 11 İyn 15:52  
Dünya Dünyanın ən hündür metro stansiyası inşa edilir Bu ölkədə

Burj Khalifa ilə tanınan Dubay bu dəfə də nəqliyyat infrastrukturu sahəsi

arrow Ətraflı
Bu dövlət komissiyasında işçi sayı artırıldı  Fərman like
  • 11 İyn 15:51  
Siyasət Bu dövlət komissiyasında işçi sayı artırıldı Fərman

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�

arrow Ətraflı
IQ səviyyəsi aşağı olanlara "prava" verilməyəcək  Bu ölkədə yeni dövr like
  • 11 İyn 15:45  
Dünya IQ səviyyəsi aşağı olanlara "prava" verilməyəcək Bu ölkədə yeni dövr

Bu qədər avtomobil sıxlığının olduğu dövrdə problemin kökündən həl

arrow Ətraflı
Ordumuzun aviasiya vasitələri təlimməşq uçuşlarını icra etdi like
  • 11 İyn 15:40  
Digərləri Ordumuzun aviasiya vasitələri təlimməşq uçuşlarını icra etdi

Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra edi

arrow Ətraflı
“Əsrin ən yaxşı beyin cərrahı” vəfat etdi like
  • 11 İyn 15:30  
Digərləri “Əsrin ən yaxşı beyin cərrahı” vəfat etdi

Dünyaca məşhur beyin cərrahı, mikrocərrahiyyənin öncüsü və tibb elmin

arrow Ətraflı
Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq like
  • 11 İyn 14:55  
Digərləri Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Şahbuz rayonunda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq.

arrow Ətraflı
Qızılın qiymətləri niyə qalxır?  AÇIQLAMA like
  • 11 İyn 14:53  
Digərləri Qızılın qiymətləri niyə qalxır? AÇIQLAMA

Qızıl qiyməti nə qədər dəyişsə də alıcılarını və dəyərini heç

arrow Ətraflı
Sürücüsüz avtomobillər niyə yandırılır? like
  • 11 İyn 14:47  
Digərləri Sürücüsüz avtomobillər niyə yandırılır?

ABŞ-ın Los-Anceles şəhərində qeyri-adi və bir qədər də tragikomik hadi

arrow Ətraflı