IQ səviyyəsi aşağı olanlara "prava" verilməyəcək Bu ölkədə yeni dövr
Dünya 11 İyn 2025 15:45:00 120 0
Bu qədər avtomobil sıxlığının olduğu dövrdə problemin kökündən həlli sürücülük vəsiqələrinin verilməsi ilə bağlı qadağaların sərtləşdirilməsi ola bilər.
Bu xəbəri də oxu: Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI
Son.az xəbər verir ki, artıq bu istiqamətdə ilk addımları Türkiyə atıb. Belə ki, Türkiyədə sürücülük vəsiqəsi almaq üçün IQ testindən keçmək lazım olacaq.
Türkiyədə sürücülük vəsiqəsi almaq istəyənlərə yaxın zamanda zehni qabiliyyət testi də tətbiq oluna bilər. Yeni qaydalara görə IQ səviyyəsi 79-dan aşağı olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək.
"Sürücü namizədləri və sürücülər üçün sağlamlıq şərtləri və müayinələr haqqında yeni qərara" əsasən, zihni gerilik, yaddaş və diqqət pozğunluğu, daimi ruhi xəstəliklər olan şəxslərə də sürücülük vəsiqəsi verilməsi qadağan olunacaq.
Eyni zamanda, istifadə etdikləri dərmanlar avtomobil idarəetməsinə mənfi təsir edən şəxslər də imtina edilə bilər.
Epilepsiya xəstələri üçün isə yaxşı xəbər var - əgər şəxs son 5 ildə tutma keçirməyibsə və mütəmadi olaraq həkim nəzarətindədirsə, lazımi sənədlərlə vəsiqə ala biləcək.
Sinir sisteminə yayılan xərçəng xəstəliyi olanlara isə artıq heç bir halda sürücülük vəsiqəsi verilməyəcək. Bu qərar, sükan arxasında sağlamlıq problemi yaranmasından ehtiyat edilərək verilib.
Yeni qaydalara görə, sürücü olmaq istəyənlər səlahiyyətli tibb müəssisələrində zehni vəziyyətlə bağlı testlərdən keçəcək. IQ testi və lazım gəldikdə psixiatr müayinəsi də bu prosesə daxil ediləcək.
Həmçinin görmə dərəcələri də yoxlanacaq. Hər iki gözün görmə gücü birinci qrup sürücülərdə cəmi ən az 1.0, ikinci qrupda isə bir gözdə 0.6, digərində 0.8 olmalıdır. Rəng korluğu problem sayılmasa da, gecə korluğu olanlara yalnız gündüz maşın sürmək icazəsi veriləcək.
İsmayıl Son.az
Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra edi

Dünyaca məşhur beyin cərrahı, mikrocərrahiyyənin öncüsü və tibb elmin

Şahbuz rayonunda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq.

Qızıl qiyməti nə qədər dəyişsə də alıcılarını və dəyərini heç

ABŞ-ın Los-Anceles şəhərində qeyri-adi və bir qədər də tragikomik hadi

Astrologiya insanların şəxsiyyət xüsusiyyətlərini formalaşdırmaqda bür

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova ağır itki �

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci i

Amerikalı milyarder İlon Mask ölkə Prezidenti Donald Trampla bağlı etdiyi

İranın Buşəhr vilayətinin Bəndər Dayyer şəhərindəki "Kaveh"

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Sumqayıtda yerləşən "Park Palace" şadlıq sarayında keçirilən

Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlan�

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlin
