Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN
Digərləri 10 İyn 2025 15:53:00 97 0
Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
Bu xəbəri də oxu: Bu yol bağlanır Körpü təmir olunacaq
Son.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Qeyd edilib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.
Prezident İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Kar

Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (mat

Bakıda tanınmış jurnalist döyülüb.

Azərbaycan və Çin arasında viza rejimi ləğv edilib.

15 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Olimpiya İdman Mərkəzində B

Qaz təchizatı sektorunda icazələr müəyyənləşdirilir.

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədr

İstehlakçıya yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayand

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənlə�

Günəşdə baş verən partlayışlar İlon Maskın sahibi olduğu "SpaceX

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Fransada hava limanlarının birində qeydə alınan görüntü müzakirələrə

İyunun 11-də nadir və təsirli astronomik hadisəyə şahid ola biləcəyik y

Tender sorğusu qeyri-şəffaf möhürlənmiş zərfdə, qarşı tərəfin möh�
