Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq


Digərləri 10 İyn 2025 15:10:00 109 0

Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.

Son.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq. Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır: - qazın topdansatış tarifləri; - qazın nəqli tarifləri; - qazın saxlanması xidmətlərinin tarifləri; - qazın paylanması tarifləri; - istehlakçılara qazın pərakəndə satış tarifləri; - qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri; - qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri; - sabit tarif. Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq. Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək. Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Günəşin "qəzəbi" İlon Maskı vurur  Bir ildə 3,5 dəfə artım müşahidə olunub like
  • 10 İyn 15:03  
Dünya Günəşin "qəzəbi" İlon Maskı vurur Bir ildə 3,5 dəfə artım müşahidə olunub

Günəşdə baş verən partlayışlar İlon Maskın sahibi olduğu "SpaceX

arrow Ətraflı
"Səslərin ətri" adlı ecazkar musiqi gecəsi baş tutdu  FOTO like
  • 10 İyn 14:54  
Şou-biznes "Səslərin ətri" adlı ecazkar musiqi gecəsi baş tutdu FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 10 İyn 14:46  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Kütahya ərazisində zəlzələ baş verib.

arrow Ətraflı
Fransa aeroportunda qadın dəhşət yaşatdı: polis yerə SƏRİLDİ like
  • 10 İyn 14:43  
Dünya Fransa aeroportunda qadın dəhşət yaşatdı: polis yerə SƏRİLDİ

Fransada hava limanlarının birində qeydə alınan görüntü müzakirələrə

arrow Ətraflı
Bu tarixdə Ay rəngini dəyişəcək like
  • 10 İyn 14:32  
Digərləri Bu tarixdə Ay rəngini dəyişəcək

İyunun 11-də nadir və təsirli astronomik hadisəyə şahid ola biləcəyik y

arrow Ətraflı
VTB (Azərbaycan) ASC xüsusi dizaynlı "Monopoliya" stolüstü oyununun alınması üçün TENDER ELAN EDİR like
  • 10 İyn 14:30  
Digərləri VTB (Azərbaycan) ASC xüsusi dizaynlı "Monopoliya" stolüstü oyununun alınması üçün TENDER ELAN EDİR

Tender sorğusu qeyri-şəffaf möhürlənmiş zərfdə, qarşı tərəfin möh�

arrow Ətraflı
TƏBİBdən vəfat edən tələbə qızla bağlı AÇIQLAMA like
  • 10 İyn 14:20  
Digərləri TƏBİBdən vəfat edən tələbə qızla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Hadi

arrow Ətraflı
Əcnəbi turist Bakıdakı qızları "ələ saldı": "Hamısı..." like
  • 10 İyn 14:08  
Digərləri Əcnəbi turist Bakıdakı qızları "ələ saldı": "Hamısı..."

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.

arrow Ətraflı
Prezident Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib  FOTO like
  • 10 İyn 14:00  
Siyasət Prezident Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrü

arrow Ətraflı
Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxunub like
  • 10 İyn 13:39  
Digərləri Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən

arrow Ətraflı
Avstriyada orta məktəbə silahlı hücum: like
  • 10 İyn 13:38  
Dünya Avstriyada orta məktəbə silahlı hücum:

Avstriyanın cənubunda yerləşən Qrats şəhərində orta məktəbdə silahl�

arrow Ətraflı
Xaricdə iş tələləri – Vətəndaşlar necə aldadılır? like
  • 10 İyn 13:30  
Digərləri Xaricdə iş tələləri – Vətəndaşlar necə aldadılır?

Tez-tez qarşımıza xaricdə iş təklif edən şirkətlərin elanları çıxı

arrow Ətraflı
Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi like
  • 10 İyn 13:22  
Dünya Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıl

arrow Ətraflı
"1 qəpiklik olmayan mahnılarımla bilirsən, nə qədər pul işləmisən?" like
  • 10 İyn 13:11  
Şou-biznes "1 qəpiklik olmayan mahnılarımla bilirsən, nə qədər pul işləmisən?"

Xəbər verdiyimiz kimi, klarenet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə meyxa

arrow Ətraflı
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək like
  • 10 İyn 13:10  
Siyasət Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək

Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək.

arrow Ətraflı