25 ilə insanlar 1000 il
Digərləri 08 İyn 2025 04:04:00 79 0
Texnologiya və biotibbi sahədə çalışan ekspertlərin fikrincə, bəşəriyyət gen mühəndisliyi, robot texnologiyaları və süni intellekt sahəsindəki irəliləyişlər sayəsində uzunömürlülükdə yeni bir mərhələyə qədəm qoymaq üzrədir. Dünyanın aparıcı futuristləri və tədqiqatçıları artıq bunun baş verəcəyi tarixlərə dair proqnozlar veriblər.
Bu xəbəri də oxu: Türkiyədə 14 mindən çox insan qurban kəsərkən yaralandı
Son.az xəbər verir ki, proqnoz verənlər arasında Böyük Britaniyadan futurist doktor Yan Pirson, Quql şirkətinin keçmiş mühəndisi Rey Kurtsveyl və biotibbi mütəxəssis Obri de Qrey də yer alır. Onların hər biri minillik həyat yolunu fərqli görsə də, hamısı bu gələcəyin uzaqda olmadığını düşünür.
Pirson əmindir ki, 2050-ci ilə qədər ən zəngin insanlar gen mühəndisliyi, robototexnika və şüurun rəqəmsal köçürülməsi sayəsində 1000 il yaşamaq imkanına sahib olacaqlar. Onun fikrincə, insan şüurunu ya android bədəninə, ya da virtual reallığa köçürmək mümkün olacaq. Əvvəlcə bu texnologiyalar yalnız elita üçün əlçatan olacaq, lakin 2060-cı illərdə orta təbəqə də onlardan istifadə edə biləcək.
O əlavə edib ki, gələcəyin tibbi hüceyrə səviyyəsində qocalmanı dayandırmağa və hətta onu geri çevirməyə, həmçinin xərçəng və ürək-damar xəstəlikləri kimi patologiyaları hələ yaranmadan əvvəl müalicə etməyə imkan verəcək.
Texnologiyalar sahəsində verdiyi dəqiq proqnozlarla tanınan Rey Kurtsveyl isə hesab edir ki, 2029-cu ilə qədər süni intellekt insan beyni ilə eyni səviyyəyə çatacaq. Bu, onun "singulyarlıq" adlandırdığı dövrün başlanğıcı olacaq. 2045-ci ilə qədər isə insanla maşın tam şəkildə birləşəcək və bu, ölümsüzlüyə yol açacaq.
Türkiyənin məşhur "Aşk-ı Memnu" serialında Bülent obrazını c

Tədqiqatçılar bir məlumatı tanıdığımız və ya düzgün xatırladığı

Son dövrlər gənclər arasında qəfləti ölümlərin sayı artır. Vəfat ed

Avtomobilin benzin nasos problemi çox vaxt sürücülər üçün narahatlıq ya

Almaniyanın Münxen şəhərində 30 yaşlı qadın bıçaqla insanlara hücum

ABŞ-li aktrisa Sidni Svini çimdiyi sudan hazırlanan sabun satışı ilə gü

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Ağdamda qonaq gələn şəxs içkili vəziyyətdə yüksək gərginlikli elektr

Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb: bir neçə nəfər ya

"Kazino kralı" kimi tanınan şəkili Yusifin "sağ əli" h

Biz Lənkəran çayımızla öyünsək də Azərbaycanda çay istehlakı əsasə

İyunun 7-si Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun doğum gün�

Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq

Müasir dünya sürətlə dəyişir. O qədər sürətlə ki, biz bəzən bu də

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən s
