Varlanmağın yolları Azərbaycanlı deputatdan məsləhətlər


Digərləri 07 İyn 2025 22:44:00 54 0

Varlanmağın yolları  Azərbaycanlı deputatdan məsləhətlər

Müasir dünya sürətlə dəyişir. O qədər sürətlə ki, biz bəzən bu dəyişikliklərə çata bilmirik. Məsələ təkcə dördüncü sənaye inqilabında, iqlim dəyişikliklərində deyil, həm də dünyada baş verən gözlənilməz epidemiyalarda, müharibələrdə və buna bənzər "sürpriz"lərdədir. Çox vaxt müxtəlif hadisələrdə təlimat və məsləhətlərə ehtiyacımız olur.

Ən vacib suallardan biri belə səslənir: necə varlanmaq olar?

Cavab üçün oxu.az Milli Məclisin deputatı, iqtisad elmləri namizədi Vüqar Bayramova müraciət edib.

O, vətəndaşlarımız üçün aktual olan məsləhətlər verib.

V.Bayramov deyib ki, kapitalı artırmaq üçün ilk növbədə onun qorunmasına diqqət yetirmək lazımdır. Və əlbəttə ki, investisiya etmək.

Deputatın sözlərinə görə, indi bunu kiçik və ya orta biznesdə etmək daha yaxşıdır, çünki məhz bu sahə daha çox gəlir gətirir:

"İndiki zamanda onlayn xidmətlərə və innovativ məhsullara tələbat yüksəkdir və bunun üçün böyük büdcə tələb olunmur. Ona görə də əgər vətəndaşlar sahibkarlıqla məşğul olmağı planlaşdırırlarsa, mən məhz onlayn biznesi nəzərdən keçirməyi məsləhət görərdim".

Həmsöhbətimiz böyük məbləğdə pulu evdə saxlamamağı məsləhət görür. Çünki bu halda pul gəlir gətirmir və sadəcə, oğurlana bilər. Buna görə də pulu bankda saxlamaq daha yaxşıdır.

V.Bayramov vurğulayıb ki, bu zaman bir neçə vacib məqamı nəzərə almaq lazımdır:

"Birincisi, bankda yalnız 100 000 manata qədər məbləğ sığortalana bildiyindən bu məbləği keçməmək məsləhətlidir. Əgər 100 000 manatdan çox pulunuz varsa, onu müxtəlif banklarda saxlamaq lazımdır. Ya da bir bankda ailə üzvlərinin adlarından istifadə etməklə bir neçə hesaba bölmək olar.

İkincisi, depozit üzrə faiz dərəcələri 12%-dən az olmalıdır, çünki daha yüksək faiz sığortalanmır.

Məbləğ kiçik ola bilər, amma o sığortalanacaq. Və əgər bank müflis olarsa, pulunuz sizə tam məbləğdə ödəniləcək".

Xarici valyutada pul saxlamaqdan danışarkən parlamentari qeyd edib ki, bu halda faiz dərəcələri daha aşağıdır. Buna görə V.Bayramov pulu manatla saxlamağı məsləhət görür.

"Dollarla pul saxlamaq məzənnə dəyişikliklərindən sığortalayır. Pulun bir hissəsini dollarla, bir hissəsini manatla saxlamaq olar", - deyə o əlavə edib.

Vətəndaşların qızıla investisiya etməyə marağını şərh edən deputat zərgərlik məmulatlarına deyil, külçələrə pul yatırmağı məsləhət görüb.

Azərbaycanlı aktrisanı skuter vurdu, beyni silkələndi like
  • 07 İyn 22:29  
Şou-biznes Azərbaycanlı aktrisanı skuter vurdu, beyni silkələndi

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən s

arrow Ətraflı
Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq like
  • 07 İyn 22:14  
Dünya Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq

"Əgər İlon Mask respublikaçıların dəstəklədiyi genişmiqyaslı bü

arrow Ətraflı
Pakistanda partlayış oldu: 6 ölü var like
  • 07 İyn 22:00  
Dünya Pakistanda partlayış oldu: 6 ölü var

Pakistanda baş verən partlayış nəticəsində altı nəfər ölüb, iki nəf

arrow Ətraflı
"Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi" like
  • 07 İyn 21:45  
Kriminal "Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"

"Birinci övladım qız oldu. Sən demə böyrək çatışmazlığım var i

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 07 İyn 21:30  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Mask geri addım atdı like
  • 07 İyn 21:15  
Dünya Mask geri addım atdı

"X" (keçmiş Twitter) platformasının sahibi İlon Mask ABŞ Prezide

arrow Ətraflı
Valideynlərdən üzük götürdüyünə görə cəzalandırılan müəllimə: bilsəydim... like
  • 07 İyn 21:00  
Digərləri Valideynlərdən üzük götürdüyünə görə cəzalandırılan müəllimə: bilsəydim...

Tovuzda müəllimənin valideynlərdən zinət əşyası tələb etməsi xəbər

arrow Ətraflı
Ermənistanda Azərbaycan dili dərsliyi like
  • 07 İyn 20:45  
Dünya Ermənistanda Azərbaycan dili dərsliyi

İrəvanda dilin tam qrammatikasını özündə əks etdirən və yeni başlayan

arrow Ətraflı
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq like
  • 07 İyn 20:30  
Dünya Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq

Dünyanın müxtəlif hadisələri ilə bağlı dəqiq proqnozları ilə tanına

arrow Ətraflı
"Ay"ı "Çay" başa düşən bürclər like
  • 07 İyn 20:14  
Digərləri "Ay"ı "Çay" başa düşən bürclər

Bəzi bürclər deyiləni yox, hiss etdiyini əsas götürür. Astroloqlar hesab

arrow Ətraflı
Bu 4 qida ömrünüzü qısaldır like
  • 07 İyn 19:40  
Digərləri Bu 4 qida ömrünüzü qısaldır

Uzun və sağlam ömür arzusunda olanlara dünyaca məşhur sağlam həyat üzr

arrow Ətraflı
Heçnə etmirlər, pul gəlir  Ən şanslı 3 bürc like
  • 07 İyn 19:25  
Digərləri Heçnə etmirlər, pul gəlir Ən şanslı 3 bürc

Həyatda şanslı olan 3 bürc açıqlanıb.

arrow Ətraflı
Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən xəbərdarlıq like
  • 07 İyn 18:57  
Digərləri Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən xəbərdarlıq

Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloqer ölüb.

arrow Ətraflı
Mingəçevirdə ərarvadın ölümü ilə bağlı yeni faktlar açıqlandı like
  • 07 İyn 18:50  
Digərləri Mingəçevirdə ərarvadın ölümü ilə bağlı yeni faktlar açıqlandı

Ötən gün Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

arrow Ətraflı
Bakıda koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı like
  • 07 İyn 18:43  
Digərləri Bakıda koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı

5 il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı qeydə alınıb

arrow Ətraflı