Qurban bayramında rayonlara turist axını Kirayə evlərin qiyməti artıb?


Digərləri 06 İyn 2025 19:00:00 71 0

Qurban bayramında rayonlara turist axını  Kirayə evlərin qiyməti artıb?

Qurban bayramı ilə əlaqədar vətəndaşlar rayonlara üz tutur. Bu, qiymətlərə də təsir edir.

Trend-ə açıqlama verən turizm üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, bayram günləri ilə əlaqədar olaraq ölkədə səyahət edənlərin, daxili turistlərin sayı artıb:

"Bu, regionlara gedənlərin sayına da müsbət təsir göstər. Əvvəlki illərdə müşahidə etmişik ki, qiymətlər həmin dövrlərdə kəskin artır. Pandemiya dövründə də biz daxili tələbatın ciddi şəkildə artdığını müşahidə etdik. 2019-cu ildə ölkə xaricinə 5 milyondan çox Azərbaycan vətəndaşı səyahət edirdi. Lakin indiki halda xarici səfərlər öz sayını bərpa etməyib. Səfərlərin sayı hələlik yarıya qədər bərpa olunub. Bu, o deməkdir ki, daxili tələb hələ də yüksəkdir".

Ekspert bildirib ki, tələbin yüksək olduğu dövrdə bazara yeni hotellər, kənd evləri, villalar, müxtəlif apartmanlar daxil oldu:

"Bu da istehlakçıların xeyrinə alternativ qalma yerləri kimi təklif edildi. Bunlar qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Əvvəlki illərlə müqayisədə, kəskin bahalaşma və yer çatışmazlığı müşahidə olunmur. Hətta keçən ilə nisbətən qiymətlər daha uyğundur".

C.Aşurov qeyd edib ki, bu dövrdə bölgələrə də səfərlər artır:

"Ənənəvi olaraq Qəbələ, Şamaxı, Quba, Qusar, Şəki istiqamətlərində qiymətlər daha yüksəkdir. Çünki bu bölgələr həm də xarici turistlərin səfər etdiyi bölgələrdir. Amma yollar düzəldikdən sonra cənub bölgəsi, sürət qatarı açıldıqdan sonra Gəncə regionu turistlər üçün marağa səbəb olur. Çünki bu istiqamətlərdə qiymətlər hazırda daha əlverişlidir".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Trend-ə bildirib ki, rayonlarda kirayə qiymətləri turist axını ilə əlaqədar artıb:

"Ümumiyyətlə, mövsümlə əlaqədar olaraq rayonlara üz tutanların sayı artıb. Qiymətlərdə də müəyyən artımlar müşahidə olunur. Məsələn, gündəlik 50 manat qiymətə kirayə verilən evlər hazırda 70-80 manata təklif olunur. Gündəlik 100 manata təklif olunan mənzillərin qiymətləri isə 130-150 manat aralığında dəyişir. Bu da regiona turist axınından asılıdır".

Ekspert qeyd edib ki, artımlar Bakıya yaxınlıq dərəcəsinə, infrastrukturuna görə dəyişir:

"Müşahidələr göstərir ki, ən yüksək qiymətlər Quba-Xaçmaz iqtisadi rayonu üzrə qeydə alınır. Xüsusilə Quba daha sonra isə Qusar rayonu burada ilk yerlərdə qərarlaşır. Daha sonra isə Şamaxı-İsmayıllı iqtisadi rayonu gəlir. Əvvəllər bu iqtisadi rayonda infrastruktur problemləri olsa da, Prezident İlham Əliyevin səfərindən sonra bu problemlər aradan qaldırıldı. Artıq yolun Şamaxıdan İsmayıllıya qədər olan hissəsi istifadəyə verilib. Qəbələ istiqamətində müəyyən çətinliklər var.

Cənub zonasında da müəyyən qiymət artımları müşahidə olunur. Bütövlükdə isə artımlar sadaladığım 3 bölgənin xeyrinə dəyişir".

"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək like
  • 06 İyn 18:57  
Kriminal "Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək

29 iyun "Bakı axşamı dostlar əhatəsində" konserti Bakıda! Əmə

arrow Ətraflı
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər like
  • 06 İyn 18:53  
Digərləri Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər

Bu il ali məktəblərə qəbul prosesində plan yerləri ilə bağlı bir sıra

arrow Ətraflı
Sürücülərin nəzərinə! like
  • 06 İyn 18:46  
Digərləri Sürücülərin nəzərinə!

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş mə

arrow Ətraflı
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək like
  • 06 İyn 18:37  
Kriminal “Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək

29 iyun saat 11:00-da "Balacalar üçün Sirk" adlı teatr tamaşası

arrow Ətraflı
Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü! like
  • 06 İyn 18:35  
Şou-biznes Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!

Hollivudun məşhur aktyoru Tom Kruz yenidən qeyri-adi cəsarəti ilə gündəm

arrow Ətraflı
Toyda döyülmüşdü  9 gün sonra öldü like
  • 06 İyn 18:25  
Digərləri Toyda döyülmüşdü 9 gün sonra öldü

Cəlilabad rayonu Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülər�

arrow Ətraflı
Bu ixtisaslara qəbul olmaq asandır  SİYAHI like
  • 06 İyn 18:12  
Digərləri Bu ixtisaslara qəbul olmaq asandır SİYAHI

I-IV ixtisas qrupları daxilində (dövlət sifarişi üzrə) ən aşağı keçi

arrow Ətraflı
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur” like
  • 06 İyn 18:01  
Digərləri QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”

Dünyanın bəzi bölgələrində müsəlmanlar arasında iğtişaşlar baş ver

arrow Ətraflı
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı like
  • 06 İyn 17:50  
Digərləri Bakıda bu parkinqlərdə qiymətlər artırıldı

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti art�

arrow Ətraflı
Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı like
  • 06 İyn 17:25  
Dünya Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı

Bu gecə Ukrayna Müdafiə Qüvvələri təcavüzkar dövlətin Ukraynaya qarş�

arrow Ətraflı
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu  FOTO like
  • 06 İyn 17:21  
Kriminal “Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
İlon Mask ABŞda yeni siyasi partiya ideyasını gündəmə gətirdi like
  • 06 İyn 17:13  
Digərləri İlon Mask ABŞda yeni siyasi partiya ideyasını gündəmə gətirdi

İlon Mask "X" hesabında paylaşdığı sorğuda belə bir sual verib

arrow Ətraflı
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb  FHN like
  • 06 İyn 16:50  
Digərləri 3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb FHN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəndo

arrow Ətraflı
Həmin qəzada şəhid qardaşı da həyatını itirib like
  • 06 İyn 16:40  
Digərləri Həmin qəzada şəhid qardaşı da həyatını itirib

Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş

arrow Ətraflı