Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı


Dünya 06 İyn 2025 17:25:00 80 0

Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı

Bu gecə Ukrayna Müdafiə Qüvvələri təcavüzkar dövlətin Ukraynaya qarşı terror məqsədilə istifadə etdiyi Rusiya obyektlərinə uğurlu zərbələr endirib.

Son.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" sosial şəbəkəsində yaydığı məlumatda deyilir: 

"Ukrayna Müdafiə Qüvvələri qabaqlayıcı zərbə endirib. Düşmənin kütləvi raket hücumundan əvvəl onun aviasiyasının yerləşdiyi aerodromlara və digər mühüm hərbi obyektlərə zərbələr endirilib", deyə məlumatda bildirilir.

Xüsusilə, iyunun 6-na keçən gecə Saratov vilayətində yerləşən və daha əvvəl SBU əməliyyatından sonra düşmən aviasiyasının toplandığı ərazi sayılan "Engels" aerodromuna uğurlu zərbə endirilib.

Həmçinin Rusiya Hava Qüvvələrinin strateji bombardmançıları, havadan yanacaq dolduran təyyarələri və müşayiətçi qırıcılarının bazalaşdığı Ryazan vilayətindəki "Dyagilevo" aerodromuna da zərbə endirilib. "Ryazan vilayətində düşmənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti qeydə alınıb. Hədəf ətrafında yanğın barədə məlumat var. Nəticələr dəqiqləşdirilir", deyə məlumatda qeyd olunur.

Bununla yanaşı, Saratov vilayətində azı üç yanacaq-sürtgü materialı çəninə zərbənin dəydiyi, bunun nəticəsində obyektin ərazisində yanğın və böyük miqyaslı partlayışların baş verdiyi təsdiqlənib.

"İşğalçıların fövqəladə xidmətləri yanğını lokallaşdıra bilməyib, ərazidə güclü tüstülənmə müşahidə olunur. Hədəflər istiqamətində onlarla partlayış qeydə alınıb. Zərbələrin nəticələri dəqiqləşdirilir", - məlumatda deyilir.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının ərazisində və müvəqqəti işğal olunmuş Ukrayna bölgələrində düşmənin bir sıra mühüm obyektlərinə zərbələr endirib.

Xüsusilə, Kursk vilayətinin Kulbaki yaşayış məntəqəsi yaxınlığında Rusiya Ordusunun 72-ci motoatıcı diviziyasının 30-cu motoatıcı polkunun logistika məntəqəsinin məhv edildiyi qeyd olunub. Zərbənin nəticələri dəqiqləşdirilir.

Baş Qərargah dəqiqləşdirir ki, bu əməliyyatlarda Ukrayna Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri, eləcə də Müdafiə Qüvvələrinin digər qurumları iştirak edib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölmələri Rusiya Silahlı Qüvvələrinin strateji aviasiyasına məxsus "Engels" şəhərindəki neft bazasına endirilmiş zərbənin detallarını açıqlayıb. Uzaqmənzilli zərbələr Saratov vilayətindəki "Engels-2" hərbi aerodromuna və onun yaxınlığında yerləşən "Kristal Kombinat" adlı neft bazasına endirilib.

"Hədəf ərazisində azı 15-20 partlayış qeydə alınıb. Telegram-da yayımlanan foto və videolar, "Kristall" ərazisində azı üç yanacaq çəninə zərbə dəydiyini təsdiqləyir. Rusiya FHN bu genişmiqyaslı yanğını lokallaşdıra bilməyib. Bundan başqa, obyektin fəaliyyətini təmin edən elementlərin də vurulduğu məlumdur", deyə məlumatda bildirilir.

Qeyd edilir ki, "Kristal Kombinat" strateji obyekt olub, "Engels-2" aerodromu üçün benzin, dizel və aviasiya yanacağının saxlanma bazası kimi istifadə olunur.

"Bu, 2025-ci ilin əvvəlindən bəri bu obyektə Ukraynanın pilotsuz sistemləri tərəfindən endirilmiş üçüncü uğurlu zərbədir", deyə əlavə olunur.

Bundan əlavə, Ukrayna pilotsuz sistemlərinin operatorları Kursk vilayətində düşmənin daha bir logistika məntəqəsini, habelə müvəqqəti işğal olunmuş Xerson vilayətində yerləşən PUA anbarı və təmir bazasını atəşə tutublar. Bu zərbələrin nəticələri dəqiqləşdirilir.

Rusiya aerodromlarına zərbələr

Səhər saatlarında "Engels" hərbi aerodromunun yaxınlığındakı yanacaq bazasına zərbə endirilib. Həmçinin Ryazan vilayətindəki "Dyagilevo" aviabazası və Tambov vilayətindəki aviasiya elektronikasının istehsalı zavodu da hücuma məruz qalıb.

Bundan əvvəl, iyunun 1-də SBU "Hörümçək toru" (Паутинa) adlı xüsusi əməliyyatı uğurla həyata keçirmişdi. Bu əməliyyat nəticəsində Rusiya Federasiyasının dörd aerodromunda strateji aviasiya təyyarələri vurulmuşdu./qaynarinfo.az

“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu  FOTO like
  • 06 İyn 17:21  
Kriminal “Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
İlon Mask ABŞda yeni siyasi partiya ideyasını gündəmə gətirdi like
  • 06 İyn 17:13  
Digərləri İlon Mask ABŞda yeni siyasi partiya ideyasını gündəmə gətirdi

İlon Mask "X" hesabında paylaşdığı sorğuda belə bir sual verib

arrow Ətraflı
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb  FHN like
  • 06 İyn 16:50  
Digərləri 3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb FHN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəndo

arrow Ətraflı
Həmin qəzada şəhid qardaşı da həyatını itirib like
  • 06 İyn 16:40  
Digərləri Həmin qəzada şəhid qardaşı da həyatını itirib

Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş

arrow Ətraflı
2025 ən isti üç ildən biri olacaq like
  • 06 İyn 16:32  
Dünya 2025 ən isti üç ildən biri olacaq

2025-ci ilin meteoroloji müşahidələr tarixində Yer kürəsinin ən isti ü�

arrow Ətraflı
Azərbaycan valyuta bazarının həftəlik İCMALI like
  • 06 İyn 15:58  
Digərləri Azərbaycan valyuta bazarının həftəlik İCMALI

Bu həftə ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən

arrow Ətraflı
Bakıda insanları ən çox öldürən ilk ÜÇ XƏSTƏLİK like
  • 06 İyn 15:50  
Digərləri Bakıda insanları ən çox öldürən ilk ÜÇ XƏSTƏLİK

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı ə

arrow Ətraflı
Uşaqlara hansı janrda nağıl oxumaq lazımdır? like
  • 06 İyn 15:33  
Digərləri Uşaqlara hansı janrda nağıl oxumaq lazımdır?

Uşaqları düzgün tərbiyə etməyin ən gözəl yollarından biri də onlara

arrow Ətraflı
Dünən itkin düşən 10 nəfər tapıldı like
  • 06 İyn 15:24  
Digərləri Dünən itkin düşən 10 nəfər tapıldı

İyunun 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzv

arrow Ətraflı
Çin qlobal internetə çıxış üçün ilk addımı atdı like
  • 06 İyn 15:11  
Digərləri Çin qlobal internetə çıxış üçün ilk addımı atdı

Çin hökuməti Haynan əyalətində qlobal internetə çıxışı qismən təmi

arrow Ətraflı
Xocalının Təzəbinə kəndində evlərin təmirinə 8,8 milyon manat ayrıldı like
  • 06 İyn 15:00  
Digərləri Xocalının Təzəbinə kəndində evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Xocalı rayonunun Təzəbinə kəndində fərdi yaşayış evlərinin təmiri i�

arrow Ətraflı
Qərbi Azərbaycan Ensiklopediyasının yekun variantı təsdiqləndi like
  • 06 İyn 14:51  
Digərləri Qərbi Azərbaycan Ensiklopediyasının yekun variantı təsdiqləndi

AMEA Rəyasət Heyətinin iclası Qərbi Azərbaycan Ensiklopediyası sözlüyü

arrow Ətraflı
Dəhşətli qəzada ölənlərin biri PTXnin əməkdaşı imiş like
  • 06 İyn 14:42  
Digərləri Dəhşətli qəzada ölənlərin biri PTXnin əməkdaşı imiş

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş v

arrow Ətraflı
Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək? like
  • 06 İyn 14:32  
Digərləri Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika

arrow Ətraflı
Tərlan Novruzov vəfat etdi like
  • 06 İyn 14:18  
Digərləri Tərlan Novruzov vəfat etdi

Professor Tərlan Novruzov 78 yaşında dünyasını dəyişib.

arrow Ətraflı