Prezidentə şillə, xalqa islahat – Makron öz yerini hələ də tapa bilməyib VİDEO
Siyasət 06 İyn 2025 13:12:00 64 0
Sosial şəbəkələrdə Makrona ironiya yağdı
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kolumbiyalı pop ulduz Şakiranın konsertində rəqs etməsi Fransa ictimaiyyətində və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
71 yaşlı birinci xanımın konsert zamanı kameralara tuş gələn rəqs görüntüləri sürətlə yayılıb və minlərlə şərhə səbəb olub. Sosial mediada istifadəçilər onun davranışını birmənalı qarşılamayıb. Rəqsin sosial platformalarda "uyğunsuz", "gülünc" və "prezident xanımına yaraşmayan" kimi qiymətləndirilməsi, tənqidlərin miqyasını daha da artırıb.
İstifadəçilər paylaşımlarda "Onun parikləri dəhşətlidir!", "Bir az kişiyə oxşayır", "Zooparkda artıq yerini tapıblar" kimi kobud ifadələrlə yanaşı, hadisəni Emmanuel Makronun siyasi mövqeyi ilə əlaqələndirərək ironiya ilə yanaşıblar.
Dövlət idarə edən adam evdə söz keçirə bilmir
Bəzi şərhlərdə isə diqqət birbaşa Fransa prezidentinə yönəlib. Sosial media istifadəçiləri "Arvadından şillə yeyən prezidentin dövlət idarə etməsi nə qədər doğrudur?", "Makron əvvəl evdə nüfuz qazansın, sonra siyasi islahatlardan danışsın" kimi tənqidi və ironik fikirlər səsləndiriblər.
Xatırladaq ki, bir neçə gün öncə Bricit Makronun əri Emmanuel Makrona zarafatla şillə vurması ilə bağlı görüntülər də mediada böyük rezonans doğurmuşdu. Həmin görüntülər də ictimaiyyət tərəfindən "Makronun zəif imici" kimi şərh olunmuşdu.
Hazırda Fransa daxilində Makron hökumətinə olan inamda ciddi eniş müşahidə edilir. Pensiya islahatları, sosial etirazlar və iqtisadi narazılıqlar fonunda prezidentin şəxsi həyatındakı bu cür epizodlar onun siyasi çəkisinə daha çox kölgə salır.
Kənan Son.az
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan

Artıq sabah Azərbaycanda və bütün müsəlman ölkələrində Qurban bayram�

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayə

İyunun 5-də Nepalın aparıcı "Nepalkhabar" media portalında "

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Dünən və bu gün Şamaxıda baş verən zəlzələlər, xırda təkanların o

İran Prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Ermənistana rəsmi sə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclas

ABŞ-ın tanınmış iş adamı İlon Maskın keçmiş həyat yoldaşı və mode

2025-ci ilin mayında Avropa İttifaqının "Radio Azadlıq" adı ilə

"İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qət

Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçi
