Osakada keçirilən “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olunub FOTO
Kriminal 06 İyn 2025 10:45:00 94 0
Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib.
Bu xəbəri də oxu: “Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
Milli Günün açılışına həsr olunan tədbirdə Yaponiyanın "Ekspo 2025" üzrə səfiri, baş komissar Koji Haneda və Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin "Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov çıxış ediblər.
Koji Haneda Azərbaycanın Asiya ilə Avropa arasında vacib qovşaq rolunu oynadığını bildirib. "Ekspo 2025"də dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından ilhamlanaraq yaradılan milli pavilyonun Yaponiya ictimaiyyətinə Azərbaycan mədəniyyətini, ölkənin inkişafını təqdim etdiyini deyib.
Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin "Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov Azərbaycan ilə Yaponiya arasında uzun illəri əhatə edən dostluq və əməkdaşlıq tarixinin olduğunu diqqətə çatdırıb. O, 2000-ci ildə Hannoverdən başlayan Ekspoda iştirak yolunun bu gün Osakada davam etdiyini, Milan və Dubay dünya sərgilərində Azərbaycan pavilyonlarının mükafata layiq görüldüyünü, eyni zamanda, ən çox ziyarət edilənlər arasında olduğunu bildirib. Anar Ələkbərov ölkəmizin "Ekspo 2025"də iştirak müqaviləsini imzalayan ilk ölkə olduğunu və hazırda milli pavilyonun ən çox ziyarət edilənlər sırasında yer aldığını deyib.
Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Qonaqlar "Ekspo 2025"dəki Yaponiya və Azərbaycan pavilyonlarını ziyarət ediblər. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuz "Ekspo 2025"in "Həyatları əlaqələndirmək" (Connecting Lives) bölməsində yerləşməklə "Dayanıqlı inkişafa doğru yeddi körpü" (Seven bridges for sustainability) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından qaynaqlanır. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda, dialoqa açıqlığı nümayiş olunur. Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən "Dostluq ağacı" da yer alır.
Aprelin 13-dən fəaliyyətə başlayan və 184 gün davam edəcək Ekspoya 28 milyon ziyarətçinin gəlişi gözlənilir.
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə bal

Ermənistan siyasətində yenidən ağır bir gurultu səsləri eşidilir: baş

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

Azərbaycanın bir sıra rayonlarda daha bir neçə bələdiyyələrə məxsus m

Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi

"Ermənistanın hara yönəldiyi sualı artıq açıq şəkildə gündəmd�

Rusiyanın tanınmış aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.

Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağ

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

Azərbaycan şou-biznesində və ictimai həyatında zaman-zaman tanınmış ş�

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın onunla bağlı s
