"Azercell": Danışıq tarifləri dəyişilməyəcək MÜSAHİBƏ VİDEO
Digərləri 04 İyn 2025 20:48:00 89 0
"Azercell" şirkətinin Müştəri Xidmətləri Departamentinin direktoru Faiq Dadaşovun "APA-Economics"ə müsahibəsi
Bu xəbəri də oxu: Tramp Baydendən niyə əl çəkmir?
- "Azercell" fakturasız (SimSim) xidmətlərində hansı əsas dəyişiklikləri həyata keçirib?
- 19 iyun tarixindən etibarən "Azercell" fakturasız xətt istifadəçiləri üçün daha rahat və müştəriyönümlü bir yanaşma tətbiq edir. Birinci dəyişiklik ondan ibarətdir ki, danışıq kartlarının istifadə müddətləri yenilənir və bununla yanaşı, yeni tarif əsaslı istifadə müddəti modeli tətbiq olunur. Bu o deməkdir ki, artıq nömrənin aktiv qalması yalnız balans yükləmə ilə deyil, tarifin ödənişi ilə də mümkün olacaq. İkinci dəyişiklik internetlə bağlıdır. Bu dəyişikliyə əsasən, saatlıq internet paketlərində tətbiq olunan 2 Mbps sürət məhdudiyyəti ləğv olunur və gündəlik internet paketlərinin həcmi artırılır. Eyni zamanda internet paketlərinin şərtləri və istifadə müddətləri yenilənir. Sonuncu dəyişiklik köhnə tariflərlə bağlıdır. Bu yenilik "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6", "GəncOl həftəlik", "GəncOl 6" və "GəncOl 9" kimi köhnə tariflərə yeni qoşulmalar dayandırılmasından ibarətdir.
- Əsas yeniliklərdən biri nömrənin aktiv qalması ilə bağlıdır. Yeni yanaşma necə işləyir?
- Əvvəllər nömrənin aktiv qalması yalnız balansda yüklənən məbləğə əsasən müəyyən edilirdi. Məsələn, 2 AZN yüklədikdə nömrə yalnız 10 gün aktiv qalırdı. Bu müddət bitdikdə, hətta balansda istifadə olunmamış resurslar qalsa belə, xidmətlər dayandırılırdı. Yeni qaydaya əsasən, balansda tarifin abunə haqqı qədər vəsait varsa, bu məbləğ tarifin ödənişinə istifadə olunacaq və nömrə 30 gün tam aktiv qalacaq. Bundan sonra nömrə əvvəl olduğu kimi əlavə 90 gün ərzində birtərəfli açıq olacaq, yəni istifadəçi gələn zəng və SMS-ləri qəbul edə biləcək.
- Tətbiq etdiyiniz yeniliklər sosial şəbəkələrdə müəyyən çaşqınlıq yaranıb. Tariflərin qiymətləri artırmı?
- Xeyr, qiymətlər artırılmır. Danışıq tarifləri olduğu kimi qalır. Sadəcə, əvvəlki qaydada nömrəni iki tərəfli aktiv saxlamaq üçün müəyyən məbləğlər balansa yükləmək ilə mümkün idi. İndi isə əlavə olaraq tarifin haqqını ödəməklə nömrəni tam 30 gün ikitərəfli aktiv saxlamaq mümkündür.
- Köhnə tariflərin dayandırıldığını qeyd etdiniz. Bu tariflərdən istifadə edən müştərilərlə bağlı hansı addım atılacaq?
- Cari istifadəçilər üçün heç bir dəyişiklik yoxdur. Əgər abunəçi artıq "Azercellim", "Bölgə", "GəncSim", "GəncOl" və "Sadə" kimi tariflərdən birinə qoşulubsa, həmin tarifdən istifadə etməyə davam edə bilər. Sadəcə olaraq, 1 iyul tarixindən etibarən yeni qoşulmalar qəbul edilməyəcək. Eyni zamanda, daha sərfəli və geniş imkanlar təqdim edən "Supersən" kimi alternativ tariflər təklif olunur. Əgər abunəçi 1 iyul tarixinədək tarifini dəyişməsə, mövcud tarifindən istifadə etməyə davam edə biləcək.
- Bəs istifadə müddəti necə tənzimlənəcək? 1 iyul 2025-dən etibarən danışıq kartının nominalı ilə nömrənin aktiv qalma müddəti arasında əlaqə olacaq. Bu o deməkdir ki, nömrənin 25 gün aktiv qalması üçün 25 manat, 50 gün üçün isə 100 manat yükləmək lazım olacaq?
- Xeyr. Daha əvvəl də qeyd etdiyim kimi, əgər müştəri hər hansı tarifdən istifadə edirsə, o zaman sadəcə həmin tarifin aylıq abunə haqqını (bu 2 AZN, 5 AZN, 10 AZN və s. ola bilər) ödəməklə nömrəsi hər zamankı kimi aktiv qalacaq. Əgər müştəri tarifini vaxtında yeniləməyibsə və nömrə artıq birtərəfli rejimə keçibsə, o zaman xəttin yenidən aktivləşməsi üçün müəyyən məbləğ yükləyə bilər. Əgər yüklənən məbləğ tarifin aylıq haqqından azdırsa, bu halda nömrənin aktiv qalma müddəti yeni qaydalara əsasən hesablanacaq. Məsələn, 1 manat 1 gün, 2 manat 2 gün və s. olacaq. Lakin bir daha vurğulamaq istəyirəm ki, əgər cari tarifiniz vaxtında və tam məbləğdə yenilənirsə, nömrəniz 30 gün ərzində ikitərəfli aktiv qalır.
- "Azercell" bu dəyişiklikləri niyə məhz indi həyata keçirir?
Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqları

Aparıcı Tarix Əliyev efirdə qəzəblənib.

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi mə

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�

Mobil telefonlar və digər texniki avadanlıqlara kənardan müdaxilə edən pr

Həkimlər məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceyə süd vəz

ATM-lərdə yerləşdirilən gizli qurğular - skimmerlər bank kartınızın m�

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Xalq artisti Nisə Qasımova Axşam.az obyektivinə tuş gəlib.

XXI əsr bir miflə vidalaşma dövrüdür. Müharibələr artıq tank və top s

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklik

Qarşıdan Bakıda yayın ən maraqlı musiqi hadisələrindən biri - Bakı Pia

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyal

Müğənni Mətanət Əsədova açıqlaması ilə diqqət çəkib.
