Mobil telefonlara müdaxilə edən şirkət rəhbəri həbs edildi
Kriminal 04 İyn 2025 19:43:00 95 0
Mobil telefonlar və digər texniki avadanlıqlara kənardan müdaxilə edən proqramlar hazırlamaqda, eləcə də kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə ittiham olunan "Zeromap" MMC-nin icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Hüseynqulu Sarabski adına Uşaq Musiqi Məktəbinin 70 illik yubileyinə həsr olunmuş konsert baş tutub FOTO
Son.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin qərarı ilə Tural Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxilolma), 272.2.1-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün vasitələrin dövriyyəsi) maddələri ilə təqsirləndirilib.
İttihama əsasən, Tural Əliyev 4 il ərzində həm yerli, həm də xarici fiziki və hüquqi şəxslərin mobil telefon və kompüter sistemlərinə icazəsiz müdaxilələr həyata keçirib. O, həmçinin kiberhücumlar vasitəsilə xarici şirkətlərin məxfi məlumatlarına da çıxış əldə edib.
Asya Son.az
Həkimlər məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceyə süd vəz

ATM-lərdə yerləşdirilən gizli qurğular - skimmerlər bank kartınızın m�

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Xalq artisti Nisə Qasımova Axşam.az obyektivinə tuş gəlib.

XXI əsr bir miflə vidalaşma dövrüdür. Müharibələr artıq tank və top s

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklik

Qarşıdan Bakıda yayın ən maraqlı musiqi hadisələrindən biri - Bakı Pia

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyal

Müğənni Mətanət Əsədova açıqlaması ilə diqqət çəkib.

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hü

Türkiyənin Ordu vilayətində kənd təsərrüfatı üçün ciddi təhlükə h

Azərbaycanda iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-

Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ailə quraraq
