Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu


Siyasət 30 May 2025 19:46:00 85 0

Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, "Elbrus" taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, "İsgəndər" taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı "Elbrus" taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib. 2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, "8Ф44" tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək. Son.az 

Latviya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb like
  • 30 May 19:41  
Siyasət Latviya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviç Azərbaycan Respublikasın

arrow Ətraflı
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub like
  • 30 May 19:22  
Siyasət Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmi�

arrow Ətraflı
Aktyor Füzuli Hüseynova xəbərdarlıq edilidi like
  • 30 May 19:16  
Kriminal Aktyor Füzuli Hüseynova xəbərdarlıq edilidi

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üz

arrow Ətraflı
DilanEngin Polat cütlüyü Aysel Əlizadəni paylaşdılar  VİDEO like
  • 30 May 19:13  
Şou-biznes DilanEngin Polat cütlüyü Aysel Əlizadəni paylaşdılar VİDEO

Türkiyədə qalmaqalları hadisələrdə adları hallanan bir küsüb bir barı

arrow Ətraflı
Moskvada terror aktının qarşısı belə alındı like
  • 30 May 18:40  
Dünya Moskvada terror aktının qarşısı belə alındı

Moskvada terror aktının qarşısı alınıb.

arrow Ətraflı
"Yeşilçam"ın ulduzu ilə bağlı üzücü XƏBƏR  FOTO like
  • 30 May 18:27  
Şou-biznes "Yeşilçam"ın ulduzu ilə bağlı üzücü XƏBƏR FOTO

"Yeşilçam"ın ulduzu Sezer Güvenirgil sağlamlıq problemləri ilə

arrow Ətraflı
Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur like
  • 30 May 18:16  
Digərləri Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur

Fətəli xan Xoyski küçəsi, "Gənclik Mall"un qarşısı sıxlıq h

arrow Ətraflı
40 yaşlı qadınla 15 yaşlı yeniyetmə EVLƏNDİ: görənlər şok oldu like
  • 30 May 18:00  
Dünya 40 yaşlı qadınla 15 yaşlı yeniyetmə EVLƏNDİ: görənlər şok oldu

Sosial şəbəkələrdə yayılan video böyük qınağa səbəb olub.

arrow Ətraflı
“TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı like
  • 30 May 17:50  
Digərləri “TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı

Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək "TikTok&q

arrow Ətraflı
Dəmir yolu nəqliyyatında ödəniş etmədən gedən sərnişinlər cərimə ediləcək like
  • 30 May 17:47  
Siyasət Dəmir yolu nəqliyyatında ödəniş etmədən gedən sərnişinlər cərimə ediləcək

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getm

arrow Ətraflı
Corat bağlarında nə baş verir?  "Heç kim həyətində rahat otura bilmir" like
  • 30 May 17:41  
Digərləri Corat bağlarında nə baş verir? "Heç kim həyətində rahat otura bilmir"

Sumqayıtın Corat bağları adlanan ərazisində kanalizasiya sistemindəki nas

arrow Ətraflı
300 illik ənənə  Bunu oynayan 1 həftə gəzə bilmir  FOTO like
  • 30 May 17:30  
Digərləri 300 illik ənənə Bunu oynayan 1 həftə gəzə bilmir FOTO

Diyarbəkirin Terkan bölgəsində may ayının ortasından etibarən əsrlərdi

arrow Ətraflı
Vüsal Aslanov onu vəzifəsindən azad etdi like
  • 30 May 17:25  
Digərləri Vüsal Aslanov onu vəzifəsindən azad etdi

"Bakı Metropoliteni" QSC-nin Aparat rəhbəri vəzifəsindən azad ol

arrow Ətraflı