Corat bağlarında nə baş verir? "Heç kim həyətində rahat otura bilmir"
Digərləri 30 May 2025 17:41:00 95 0
Sumqayıtın Corat bağları adlanan ərazisində kanalizasiya sistemindəki nasazlıqlar, su təchizatındakı çatışmazlıqlar və yararsız yollar sakinlərin gündəlik həyatını ağırlaşdırır. Kanalizasiya xətlərində yaranan problemlər səbəbindən çirkab sular küçələrə axır və ətrafa pis qoxu yayılır.
Bu xəbəri də oxu: Bethovenin əsl üzü belə olub
Son.az xəbər verir ki, sakinlər bildirirlər ki, müvafiq qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemlər yalnız müvəqqəti həll olunur və qısa müddət sonra vəziyyət yenidən pisləşir:
"Heç kim həyətində rahat otura bilmir, qonaqlar da gəlmir, hamı vəziyyətdən narazıdır".
Bundan əlavə, sakinlərin sözlərinə görə, axşam saat 21:00-dan sonra əraziyə marşrut avtobusları gəlmir ki, bu da onların nəqliyyat problemlərini artırır.
Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur bildirib ki, hazırda asfaltlama işləri aparılmasa da, gələcək sosial planlarda bu məsələlər nəzərə alınacaq.
AYNA-nın mətbuat katibi Tural Orucov isə qeyd edib ki, Corat Bağları ilə 76-cı məhəlləni birləşdirən 33 nömrəli marşrut xətti üzrə 10 avtobus fəaliyyət göstərir və avtobuslar səhər 06:00-dan 22:00-dək hərəkət edir. Sonuncu avtobus saat 21:20-də dayanacaqdan yola çıxır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, ərazidə tullantı su xəttində tutulma yaranıb və rayon sukanal idarəsinin qəza briqadası şəbəkənin fəaliyyətini bərpa edib. Lakin sakinlər hələ də çirkab sularının yayılmasından şikayətçidirlər.
Asya Son.az
Müəyyən edilmiş müddətdə haqsız reklamı təkzib etməyən rəqəmsal pl

Diyarbəkirin Terkan bölgəsində may ayının ortasından etibarən əsrlərdi

"Bakı Metropoliteni" QSC-nin Aparat rəhbəri vəzifəsindən azad ol

"BakuBus" MMC-nin yalnız qadınlar üçün nəzərdə tutulmuş sür�

Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları v�

"Bakalavr səviyyəsi üzrə II -III qrup imtahanlarının suallarının ç

Türkiyənin məşhur sənətçisi Özcan Deniz ailədaxili qalmaqalla yenidən

Ankaranın Esenboğa hava limanında Diyarbəkirə uçmağa hazırlaşan sərni�

Azərbaycanda istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmay

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının P

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə 28 May Müstəqillik

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Oper

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sert
