Opera və Balet Teatri Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqrami təqdim edib FOTO
Kriminal 30 May 2025 15:50:00 469 0
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında təntənəli konsert proqramı keçirilib.
Tədbir teatrın simfonik orkestri və xorunun canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, baş xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə teatrın xor kollektivi, balet truppası və bir çox görkəmli vokal ifaçıları iştirak ediblər.
Gecədə Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova, Gülyaz Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Gülüstan Əliyeva, Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Elnur Əhmədov, Elnur Zeynalov, Anar Mikayılov, Makar Ferştandt, solistlər Fatimə Cəfərzadə, Gülzar Fərəcova, Atəş Qarayev, Orxan Cəlilov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Taleh Yahyayev, Fəhmin Əhmədli, Ayan Eyvazova, Liana Mirabdullayeva, Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri - Əməkdar artist Çinarə Heydərova (qanun), Yusibli Vasif (ud), Mustafayev Amil (nağara), həmçinin Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) çıxış ediblər.
Konsert proqramına dahi Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Səsləndirilən əsərlər arasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgər və Gülçöhrə dueti, Fikrət Əmirovun "Azərbaycan elləri", Niyazinin "Vətən nəğməsi", Tofiq Quliyevin "Bakı, əziz şəhər", Rauf Hacıyevin "Bakı haqqında mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan", Müslüm Maqomayevin "Odlar ölkəsi", Şəfiqə Axundovanın "Mehriban olaq", Bəhram Nəsibovun "Qarabağ", Əlibaba Məmmədovun "Mənim Azərbaycanım" və xalq mahnısı "Şuşanın dağları" böyük coşqu ilə qarşılanıb.
Balet truppası tərəfindən təqdim olunan Üzeyir Hacıbəylinin "Koroğlu" operasından fraqment, Rauf Hacıyevin "Azərbaycan süitası", Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletindən "İgidlərin rəqsi" isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Konsertin aparıcısı Samirə Mustafayeva, rejissoru isə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sert
 Ətraflı
 Ətraflı
                                                Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm
 Ətraflı
 Ətraflı
                                                Sosial şəbəkələrdə yayılan video böyük maraq yaradıb.
 Ətraflı
 Ətraflı
                                                Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə ver
 Ətraflı
 Ətraflı
                                                "Fox News" telekanalı Los-Ancelesdə fəaliyyət göstərən erməni
 Ətraflı
 Ətraflı
                                                Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa
 Ətraflı
 Ətraflı
                                                İcra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsi
 Ətraflı
 Ətraflı
                                                İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan və Çin arasında vizasız gediş-gəliş razılaşdırılıb.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçi
 Ətraflı
 Ətraflı
                                                "Boşanma və yeniyetmələrin cinayətləri artır, ailə institutunu qoru
 Ətraflı
 Ətraflı
                                                Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanu
 Ətraflı
 Ətraflı
                                                Amerikalı aktrisa Sidni Svini çimdiyi sudan istifadə edərək sabun istehsal
 Ətraflı
 Ətraflı
                                                "Toyota Prius" markalı avtomobillərin iştirakı ilə qəribə qəza
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            