Digərləri

Bulvarda atraksionlardan birdəfəlik istifadənin qiyməti açıqlandı

2025-10-14 18:56:00

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan birdəfəlik istifafə üçün bilet qiyməti dörd manat təşkil edir.

Dünyanın ən böyük qızıl yatağı tapıldı 1100 ton, 83 milyard dollar...

2025-10-14 18:47:00

Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar...Çin geoloqları nəhəng hesab edilən yeni qızıl yatağı aşkar ediblər.

Ziraat Bank Azərbaycan 2025ci ilin 3cü rübündə də uğurlu maliyyə artımı dinamikasını davam etdirdi

2025-10-14 18:30:00

Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlu nəticələr əldə edərək böyümə strategiyasını davam etdirib. Bankın maliyyə göstəriciləri, səmərəli idarəetmə və müştəri etimadına əsaslanan davamlı inkişaf dinamikasını bir daha nümayiş etdirir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfeli müsbət dinamika ilə 60% artaraq  986 milyon manatı keçib. Hüquqi şəxslərin müddətli depozitləri isə 142 milyon manatı ötüb. Kredit portfeli də 64% artaraq 728 milyon manatı keçib. Qeyd olunmuş göstəricinin 671 milyon manatı biznes kreditlərinin payına düşür. Bu nəticə Ziraat Bank Azərbaycanın real sektora yönəlik kreditləşməni prioritet tutmasının bariz nümunəsidir. Bankın əməliyyat səmərəliliyinin artması ilə xalis əməliyyat mənfəəti 25% artaraq 29 milyon manatı keçib. Xalis faiz gəliri isə 18% artaraq 31 milyon manatı ötüb.  Ümumilikdə, Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 18 milyon 363 min manata çatıb. Bu, bankın maliyyə dayanıqlığının və strateji idarəetmənin effektivliyinin göstəricisidir. Ziraat Bank Azərbaycanın cəmi aktivləri isə 1 milyard 234 milyon manata yüksəlib, bu da 53% artım deməkdir. Ziraat Bank Azərbaycan bundan sonra da müasir texnologiyalara əsaslanan innovativ həllər və rəqəmsal xidmətlər vasitəsilə müştərilərin ehtiyaclarını qarşılamağa davam edəcəyini bildirib. "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

2025-10-14 18:25:00

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin ləğv edilməsi ilə bağlı müzakirələr gedir. Bəzi şəxslər hesab edir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması və sahibinin şifahi razılığı yetərlidir. Təsadüfi deyil ki, MDB ölkələrinin əksəriyyətində etibarnamə tələbi aradan qalxıb.

"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edir

2025-10-14 18:21:00

"Rebuild Karabakh" sərgisində dövlət dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə sahibkarlıq subyektlərinin məhsul və xidmətləri təqdim olunur. 

"Bu körpünün tikintisi bitsə tıxaclar aradan qalxacaq"

2025-10-14 18:12:00

Daşıyıcıların qarşılaşdığı problemlərin həlli üçün Bakıda keçirilən görüşdə Azərbaycan, İran və Rusiyanın gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrup yaradılıb.

Sosial şəbəkələrdə təbii kosmetik məhsulların satışı aparılır Qurumlardan AÇIQLAMA

2025-10-14 17:55:00

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum və maskaların satışı geniş yayılıb. Bu məhsullar təbii adı altında təqdim olunsa da, əksəriyyətinin nə tərkibi bəllidir, nə də laboratoriya testləri və rəsmi icazələri mövcuddur.

BMTnin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı

2025-10-14 17:53:00

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə saxlanılıb. 

Tramp Ərdoğandan danışdı

2025-10-14 17:42:00

ABŞ Prezidenti Donald Tramp Qəzzada tətbiq olunan atəşkəslə bağlı açıqlamasında Türkiyə, Qətər, Misir və BƏƏ başda olmaqla bir çox müsəlman ölkələrinin bu prosesə əhəmiyyətli şəkildə dəstək verdiyini bildirib.

RusiyaUkrayna müharibəsində azərbaycanəsilli hərbçi həlak olub

2025-10-14 17:27:00

Ukraynadakı döyüşlərdə azərbaycanlı mənşəli hərbçi Faiq Şofel həyatını itirib. Bu barədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu sosial şəbəkə üzərindən məlumat paylaşıb.

Ən çox şikayət olunan internet provayderlər açıqlanıb

2025-10-14 17:14:00

Azərbaycanda bu ilin üçüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

Paşinyan iş gününə bu mahnı ilə başlayır

2025-10-14 16:38:00

Ermənistanın baş naziri Nikol Paşinyan iş gününə məşhur rus ifaçısı Zemfiranın "Məni bağışla, sevgilim" ("Прости меня, моя любовь") mahnısı ilə başladığı məlum olub.

Türkiyədəki bu görüntülər gündəm oldu

2025-10-14 16:34:00

Türkiyədə təhlükəsizlik əməkdaşı gənc qızı tramvayın altına düşməkdən son anda xilas edib

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

2025-10-14 16:18:00

"Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"na dəyişiklik edib. Yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək".

VTB (Azərbaycan) ASC 2025ci ilin üçüncü rübünün nəticələrini açıqladı

2025-10-14 16:15:00

VTB (Azərbaycan) ASC 2025-ci ilin üçüncü rübünün nəticələrini açıqlayıb. Bank 3-cü rübdə 10,490 milyon manat xalis mənfəət əldə edib.

Yaxtada baş nazirlə öpüşən müğənni səssizliyini pozdu FOTO

2025-10-14 16:12:00

Dünyaca məşhur müğənni Katy Perry ilk dəfə Kanadanın sabiq baş naziri Castin Trüdo ilə arasında eşq münasibətləri olduğuna işarə edib.

İranda metronun "Müqəddəs Məryəm" stansiyası açılıb

2025-10-14 16:09:00

İranın paytaxtı Tehran şəhərində metro stansiyası açılıb.

Ləğv prosesində olan bankın mənzili hərraca çıxarılır QİYMƏT

2025-10-14 15:59:00

30 oktyabr 2025-ci il saat 11:00-da "Ekspert Hərrac Mərkəzi" tərəfindən Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "NBCBank" ASC-nin balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Nikahların sayı artdı, boşanmalar azaldı RƏSMİ

2025-10-14 15:48:00

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31403 nikah və 13869 boşanma halları qeydə alınıb.

Bu işçilərin orta aylıq əməkhaqqısı artdı

2025-10-14 15:39:00

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.

Qubada 30 yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı

2025-10-14 15:36:00

Qubada 30 yaşlı kişi itkin düşüb.

Azərbaycan əhalisinin sayı açıqlandı

2025-10-14 15:32:00

Ölkə əhalisinin sayı ilin əvvəlindən 24 611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb.

Təhsil işçiləri Push30 platformasına qoşuldu FOTO

2025-10-14 15:30:00

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi (ETİHİ RK) təhsil sektorunda çalışan əməkdaşların sağlam həyat tərzinin təşviqi məqsədilə Push30 platforması ilə birgə pilot layihəyə start verib. 

Sabahkı hava meteohəssaslara necə təsir edəcək?

2025-10-14 15:22:00

Oktyabrın 15-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər RƏSMİ

2025-10-14 15:06:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarına əsasən, əlilliyi olan bəzi imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minik avtomobilləri ilə təmin olunur.

Bakıda qadın evdə doğuş edib

2025-10-14 14:34:00

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.

Zəfər muzeyində eksponat və instalyasiyaların quraşdırılmasına başlanılıb VİDEO

2025-10-14 14:25:00

44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizi simvolizə edən muzeyin hər bölməsi, buradakı eksponatlar, xüsusi hazırlanmış instalyasiyalar unikallığı, daşıdığı anlam və verəcəyi mesajlarla ziyarətçilərin marağına səbəb olacaq.

Tramp yeni təklif irəli sürdü

2025-10-14 14:22:00

ABŞ Prezidenti Donald Tramp Qəzza ətrafında münaqişənin sülh yolu ilə həllinə dair sənədi imzaladıqdan sonra bildirib ki, region ölkələri bir araya gəlib prosesi tamamlamalıdır.

Bu avtomobillər kəskin ucuzlaşacaq Yeni qərar

2025-10-14 14:20:00

Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı qəbul edilən qərarı bəzi avtomobillərin qiymətinə ciddi şəkildə təsir edəcək.

Azərbaycanda ilk özəl sənaye məhəllələri yaradıla bilər

2025-10-14 14:13:00

Azərbaycanda ilk özəl sənaye məhəllələri yaradıla bilər.

Bakıda taksilərə limit qoyuldu

2025-10-14 14:01:00

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək.

Üç uşaq anası qızı ilə sinif yoldaşı oldu 31 yaşında attestat aldı

2025-10-14 13:56:00

Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən dəyərli qazancıdır. Üç uşaq anası olandan sonra aldığı doqquzuncu sinif attestatı illərdir çəkdiyi zəhmətin, əməyin bəhrəsi, ümidlərin, arzuların nəticəsidir.