Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
Digərləri 14 Okt 2025 16:18:00 88 0
"Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"na dəyişiklik edib. Yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək".
Bu xəbəri də oxu: ABŞdə bunu hansısa qadına desəm, karyeram bitər
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.
Onun sözlərinə görə, digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır:
"Belə ki, qərarla agentlik "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımı 2023-cü il yanvarın 1-dən hesablayaraq ödəyəcək. Yəni, həmin sahibkarlar üçün əvvəlki dövrdə ödənilən kommunal xidmətlərə görə də yardım veriləcək.
Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddəti əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə isə bu yardımdan istifadə miqyası daha da genişləndirildi.
Bu güzəştlərə əsasən, sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılır. Bu güzəştlərdə məqsəd işğaldan azad olunan ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi və Qarabağ və Şərqi Zəngəzurda çalışan sahibkarların daha yaxından dəstəklənməsidir".
VTB (Azərbaycan) ASC 2025-ci ilin üçüncü rübünün nəticələrini açıql

Dünyaca məşhur müğənni Katy Perry ilk dəfə Kanadanın sabiq baş naziri

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsd

İranın paytaxtı Tehran şəhərində metro stansiyası açılıb.

"Ozon qatını dağıdan maddələr haqqında" Kiqali Düzəlişini t�

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsi

Bakıda ilk dəfə Beynəlxalq Kouçinq Sertifikatı (ICC) - SOULMIND və World

30 oktyabr 2025-ci il saat 11:00-da "Ekspert Hərrac Mərkəzi" tərə

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə məclislərin

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən car

Aparıcı Vüsalə Əlizadə açıqlaması ilə diqqət çəkib.

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan

Ölkə əhalisinin sayı ilin əvvəlindən 24 611 nəfər və ya 0,24 faiz arta

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi (ETİ
