Kriminal

“Şirlə çəkilməzdən öncə vəsiyyət də etmişdim, çəkilişdə ceyranın ürəyi partlayıb öldü...”

2023-05-24 17:48:00

"İlk qonorarımı "Azadlıq şirin sözdür" filmindən almışam. Həmin filmdə bir epizod oynamışdım. Kiçik məbləğ olsa da, mənim üçün xeyli pul idi. O vaxt dərəcəm yox idi. Ssri-də ən böyük dərəcə 75 manat idi. Dərəcəm olandan sonra SSRİ-də ən böyük qonorarı mən aldım. Çox sağ olsun bizim hökümət aktyora baxır, qayğı göstərir. O vaxt Rus Dram Teatrında Vera Şirye adında bir aktrisamız var idi. "Ana və poçtalyon" şeirini çox gözəl, əzbərdən deyirdi. Heydər Əliyev onu çox yaxşı tanıyırdı. Ulu öndərə demişdilər ki, Vera Şirye zibillikdə eşələnir. Bundan sonra Heydər Əliyev sənət adamlarına kömək məqsədilə təqaüd fikirləşdi. Həmin təqaüdü ilk 20-yə yaxın sənətçi aldı, onlardan biri də mən idim. O bu gün bizi yaşadır. Başqa MDB ölkələrində bu yoxdur. Dövlət əlindən gələn hər şeyi edir. Bircə qalıb ki, xidmət etmək, işləmək, maraqlı, baxımlı filmlər çəkmək. Bu gün filmi bilirsiniz necə və nə üçün çəkirlər? Kimsə özünə ya maşın, ya ev almaq istəyir, götürüb bir film çəkir ki, pul qazansın. Nəticədə də hər şey bərbad olur".

"Global Star Awards 2023" mükafatlandırılma mərasimi keçirilib FOTO

2023-05-24 16:57:00

Caspian Events Group öz sahəsində uğur qazanan, fərqlənən, trendə çevrilən şəxslərə və şirkətlərə "Global Star Awards 2023" mükafatını təqdim etdi. Mükafatın verilməsində əsas məqsəd müxtəlif sahədən olan insanları bir araya toplamaq, nominantları geniş ictimaətə təqdim etmək və onlar arasında qarşılıqlı əlaqələri dahda möhkəmləndirmək idi. Aparıcılığı Əməkdar Artist Elnur Kərimova həvalə olunan gecədə bir çox məhşur simalarda yer aldı. Mükafatçılar sırasında Qurban İsmayılov, Eldar Mansurov, Mənsum İbrahimov, Cavanşir Quliyev, Aişad Məmmədov, Nahidə Orucova, Valeh Kərimov, Mina Hüseyn, Mirələm Mirələmov, Dərviş Bənd, Hacı Nuran, Kazım Can, Samir Priyev, Əkbər Əliyev, Günel Məhərrəmova, Xatun Əliyeva, Rübail Əzimov, millət vəkili Aqil Abbas və başqa tanınmış simalar yer alıb.

“Plener əsərlər sərgisi” Xətai Sənət Mərkəzində açılacaq

2023-05-24 15:54:00

Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə elan olunmuş "Plener əsərlər sərgisi" 3 iyun 2023 -cü il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq.

Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub

2023-05-24 14:36:00

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub.

Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb

2023-05-24 14:14:00

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

DokuBaku 7ci Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbulunu elan edir

2023-05-24 13:12:00

DokuBaku 7-ci Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbulunu elan edir.

Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək

2023-05-24 13:10:00

Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək.

İrandan qayıqlarla Azərbaycana narkotik daşıyırdılar

2023-05-24 11:45:00

Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan

2023-05-24 08:29:00

Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun barəsində həbs qətimkan tədbiri seçilib.

“Bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır”

2023-05-23 23:32:00

"Gənclər mahnılarımı oxumaq üçün mənə zəng edib, icazə alırlar. Mən bunu ədəb-ərkan kimi qəbul edirəm. Onlara deyirəm ki, "mənim nə ixtiyarım var sizə deyim ki, "Sarı gəlin"-i, "Qaragilə"-ni oxumayın?". Xalq mahnısı hamımızındır. Bəstəkar mahnılarına da müğənninin ixtiyarı yoxdur desin ki, oxuma. Ancaq bəstəkar qadağa qoya bilər. Özünə hörmət edən müğənnilər bunu deyə bilməz. Mənim repertuarıma ən çox müraciət edən Sevda Ələkbərzadə olub. O mənim 10-dan çox mahnımı oxuyub. O bu mahnıları özününküləşdirib. Bir müddət əvvəl Zamiq mənim ifa etdiyim "Neyləyim" mahnımı oxumuşdu. Çox xoşuma gəlmişdi. Zamiqin özünə də dedim ki, sənətçi ömür boyu yol gedir, özünü tapa bilmir. O özünün münasibəti ilə, oxuma texnikası ilə, üslubu ilə özünü tapmışdı".

Ağdamda xan nəslinə aid 30dan artıq qəbir tapılıb

2023-05-23 16:24:00

Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir tapılıb.

Azerbaijan Fashion Week açılışında Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub FOTO

2023-05-23 14:49:00

Ölkənin rəsmi moda həftəsinin 14-cü mövsümünün açılışında - Azerbaijan Fashion Week (Azerbaijan Moda Həftəsi) Daş Salnamə Muzeyində məşhur dizayner Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub.

Bakıda tanınmış aktyor vəfat etdi

2023-05-23 14:20:00

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

“Çox bayağıdırlar, şitşit gülməklə, qalmaqalla, kimisə evləndirməklə gündəmə gəlirlər...”

2023-05-23 09:59:00

"Televiziyalardan ümumilikdə narazıyam. Bədii şuralar yox dərəcəsindəri. O vaxt bədii şuraların üzvləri Tofiq Quliyev, Rauf Atakişiyev, Cahangir Cahangirov kimi bəstəkarlar idilər. Onlar hər adamı da səhnəyə çıxarmazdılar. Ağadadaş Ağayevin bir müddətdən sonra səhnədə çıxış etməyinə razılıq verdilər. O vaxt Ağadadaş artıq məşhur idi. Bu gün Aztv və Mədəniyyət kanalları cəmmiyyətə böyük xeyir verir. Digər kanallar məndən inciməsinlər, çox bayağıdırlar. Şit-şit gülməklə, qalmaqalla, kimisə evləndirməklə gündəmə gəlirlər".

Pivə puluna görə dostunu öldürdü BAKIDA ŞOK CİNAYƏT

2023-05-22 23:05:00

2022-ci il iyunun 9-da 2003-cü il təvəllüdlü Sübhan Cəfərov qətlə yetirilir. Prokurorluq əməkdaşlarının baxışı zamanı onun meyiti hadisə baş verən ərazidə, Məmmədli dairəsində, yolun sağ tərəfində yerləşən boş torpaq sahəsində tapılıb.

Xırdalanda 20 yaşlı qızı döyədöyə zorladılar

2023-05-22 17:24:00

Abşeron rayonunda zorlanma hadisəsi baş verib. 

İslam İncəsənəti Biennalesi çərçivəsində “Azərbaycan səsləri” adlı multimedia layihəsinin təqdimatı keçirilib VİDEO FOTO

2023-05-22 17:22:00

Səudiyyə Ərəbistanın İslam İncəsənəti Biennalesi çərçivəsində "Azərbaycan səsləri" adlı multimedia layihəsinin təqdimatı keçirilib.

Beynəlxalq Muğam Müsabiqəsində iştirak üçün

2023-05-22 14:32:00

İyunun 18-25-də keçiriləcək "Muğam aləmi" VI Beynəlxalq Muğam Festivalı günlərində keçiriləcək muğam müsabiqəsinə beynəlxalq ifaçıların qeydiyyatı başa çatıb.

Kəndlilər İlkin Süleymanova görə Baş prokurora müraciət etdilər

2023-05-22 13:52:00

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı kənd sakinləri Məhkəmə-Hüquq Şurasına müraciət edib.

Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanıldı VİDEO FOTO

2023-05-22 13:50:00

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb.

Gəncədə qadını şantaj edən şəxs saxlanıldı

2023-05-22 10:36:00

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.

Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14cü mövsümü keçiriləcək

2023-05-21 17:58:00

Mayın 22-nən 24-dək Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü keçiriləcək. Həmişə olduğu kimi bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq.

"Fəridənin əynində yeni alt paltarı görəndə bildim ki, o kişi ilə görüşdən gəlib" Bakıdakı cinayətin təfərrüatı

2023-05-21 11:00:00

Bakının Nizami rayonunda 1987-ci il təvəllüdlü Vüqar qısqanclıq zəminində həyat yoldaşı Fəridəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

“Mehriban Ələkbərzadənin bizi atıb, AZDRAMAya getməsinə sevinmədim”

2023-05-20 20:09:00

"Saytlarda yazırlar ki, "Mehriban Ələkbərzadə AZDRAMA-da yüksək vəzifəyə təyin olundu". Mənim Mehriban xanımın teatra bədii rəhbər getməsinə sevinməməyimin səbəbi ona olan sevgimdən, inamdan, eşqimdən irəli gələn bir şeydir. O mənada yox ki, onun vəzifəyə getməsinə sevinməmişəm. İstəməzdim ki, bizi atıb gedib, başqa teatrda işləsin. Mən hesab edirəm ki, bizim teatr heç bir teatrdan geri qalan teatr deyil. Bizim aktyorlar çox əzmkar, zəhmətkeş aktyorlardır"

Mülk üstündə əri ilə birgə analığını baltalayıb, gölə atdı Cinayət işi

2023-05-20 16:00:00

Qadın mülk üstündə əri ilə birgə analığını baltalayaraq qətlə yetirib və gölə atıb.

"Sən necə qardaşsan ki, bacın əxlaqsızdır..." Gədəbəydə bakirəlik söhbəti üstündə

2023-05-20 13:40:00

Gədəbəy rayonunda 2004-cü il təvəllüdlü Qulu şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Paşanı (adlar şərti verilib - red.) bıçaqlayıb.

Q.Qarayevdə quldurluq edən şəxs saxlanıldı VİDEO FOTO

2023-05-20 12:22:00

Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Bakıda kitabxana binası qəzalı vəziyyətdədir VİDEO

2023-05-20 11:24:00

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının binası qəzalı vəziyyətdədir.

Bakıda kütləvi dava:

2023-05-20 07:18:00

Bakıda kütləvi dava olub.

Türkiyəli rejissorun filmi Kann Festivalında

2023-05-19 23:04:00

Türkiyəli rejissor Nuri Bilge Ceylanın "Kuru otlar üstüne" filmi 76-cı Kann Kino Festivalında nümayiş olunub.

“Balaca kişilər” tamaşasının premyerası olacaq

2023-05-19 17:50:00

Mayın 27-28 may tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Balaca kişilər" tamaşasının premyerası keçiriləcək.