“Qarabağ İlmələrdə” sosial layihəsi çərçivəsində toxunan “Çələbi” xalçası Şuşa Xalça muzeyinə təhvil verildi FOTO
Kriminal 07 Noy 2025 16:07:00 68 0
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən "Qarabağ İlmələrdə" sosial layihəsi çərçivəsində toxunan Qarabağ "Çələbi" xalçası Zəfərimizin 5-ci ildönümü ərəfəsində işğaldan azad edilən ərazilərə aparılaraq, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına təhvil verilib.
"Qarabağ İlmələrdə" layihəsi Vətən müharibəsində qazanılan qələbədə hər bir Azərbaycanlının zəhmətini, birlik və bərabərliyini simvolizə edir.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin təşəbbüsü, "Təmiz Şəhər" ASC, "Azərxalça" ASC və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində paralel olaraq "Qarabağ İlmələrdə" sənədli filmi hazırlanıb və xalçanın toxunması prosesi əvvəldən axıra filmdə əks olunub. Qeyd edək ki, Şuşada muzeyinin eksponatı olaraq ziyarətçilərə təqdim ediləcək xalçanın dəzgahı xüsusi avtomobillə 44 gün ərzində ölkəmizin müxtəlif bölgələrinə daşınaraq minlərlə insanın iştirakı ilə ilmə-ilmə toxunub. İlk ilmələri müharibə iştirakçıları tərəfindən atılan xalçaya 44 gün sonra sonuncu ilmələr Şuşada vurulub. Üzərində zəfərimizin nişanəsi olan Xarı bülbülün əks olunduğu xalçanın kəsimi şəhid ailələrinin iştirakı ilə həyata keçirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xid
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilib.
Son.az gələn həftə (10 - 16 Noyabr 2025) üçün olan proqnozunu təqdim ed
Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə �
Həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük a
Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmməd
Müğənni Qumral Musayeva ilk dəfə canlı ifası ilə efirə çıxıb.
Müğənni Zamiq Hüseynov qalmaqallı açıqlama verib.
Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkəni
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabr
Son zamanlar bir çox marketlərdə hazır yeməklərin satışa çıxarılmas�
Noyabrın 7-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənd
