Siyasət

Ermənilər məğlub olacaqları oyuna başlayıblar

2023-09-07 12:25:00

Elçin Alıoğlu

Qərbi Azərbaycan İcması ABŞ Konqresinin ittihamlarına cavab verdi

2023-09-07 12:23:00

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.

Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Orta Dəhlizin birgə inkişafıdır Alim Bayel

2023-09-07 12:21:00

Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) birgə inkişafıdır.

Düşmən Ağdam istiqamətində təxribat törətdi, qarşısı alındı

2023-09-07 12:17:00

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb.

Flora Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib

2023-09-07 11:54:00

Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.

İlham Əliyev Yurgen Riqterinki qəbul edib

2023-09-07 11:49:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edib

2023-09-07 10:18:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı-2023" beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.

Ermənilər səngər qazmaq istədi,

2023-09-07 10:09:00

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Hikmət Hacıyev Netanyahu ilə görüşdü FOTO

2023-09-06 21:26:00

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

2023-09-06 21:12:00

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Prezidentdən hərbi xidmətə çağırışla bağlı fərman

2023-09-06 16:05:00

Preizdent İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Azərbaycan və Xorvatiya azad edilmiş ərazilərin bərpası ilə bağlı əməkdaşlıq edəcək

2023-09-06 15:50:00

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.

Ermənistan lazım olan siyasi iradəni nümayiş etdirmir

2023-09-06 15:06:00

Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmir, ziddiyyətli yanaşmasını davam etdirir, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayınır, siyasi və hərbi təxribatlara əl atır, silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarmır, bununla da öhdəliklərini kobud şəkildə pozur, bölgədə təhlükədizliyə təhdid yaradır.

Makron Bakıya gələcək?

2023-09-06 13:50:00

Fransa prezidenti Emmanuel Makronun Yerevana rəsmi səfər edəcəyi bildirilir.

Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə bu məsələləri müzakirə etdi FOTO

2023-09-06 13:43:00

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya xarici işlər və Avropa məsələləri üzrə naziri Grlic Radmanla görüşüb.

Ceyhun Bayramov Xorvatiyanın baş naziri ilə görüşdü FOTO

2023-09-06 13:11:00

Xorvatiyanın baş naziri Andrej Plenkovic Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Paşinyan Moskva həddini aşdı: "sabiq köpək"

2023-09-06 11:54:00

Paşinyanın "La Republica" qəzetinə müsahibəsi Rusiya XİN-i özündən çıxarıb. Paşinyan "La Republica" qəzetinə müsahibəsində bildirib ki, Rusiya Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır. Rusiyanın maraqlarının bütünlüklə Ukrayna müharibəsinə yönəlməsindən şikayətlənən Paşinyana cavab gecikməyib. Rusiya XİN-in sözçüsü Zaxarova Paşinyanı məsuliyyətli olmağa səsləyib. O bildirib ki, əgər siyasi müstəvidə nəsə ürəyincə getmirsə, bunu başqasının üzərinə yıxmaqdansa səhvi özündə axtarmaq daha məqbul variantdır. Zaxarova həmçinin Paşinyanın Qarabağı Azərbaycan ərazisi adlandırmasına da maraqlı münasibət bildirib. Bu ifadənin xüsusi çəkisini erməni liderinin çiyinlərinə yıxaraq, Rusiyanın son 30 ildə formalaşdırdığı siyasi xəttin üzərinə kölgə salıb. O qeyd edib ki, "Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Paşinyandır, Biz buna nə edə bilərik?". Belə ifadə işlətməklə sanki, Azərbaycanın ərazi bütövlüyü və dövlət maraqlarına laqeyd münasibəti özü də bilmədən aşkara çıxarıb.

Ermənilərin işgəncə mərkəzindən tükürpədici görüntülər

2023-09-06 11:20:00

Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır

2023-09-06 10:25:00

Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Hikmət Hacıyev “New York Times”a açıq məktub ünvanladı

2023-09-06 10:23:00

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "New York Times"a (NYT) açıq məktub ünvanlayıb.

Slovakiya 2024cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq

2023-09-06 09:19:00

Slovakiya 2024-cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq.

SON DƏQİQƏ: Ordubad atəşə tutuldu

2023-09-05 22:53:00

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Hikmət Hacıyev İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb

2023-09-05 22:27:00

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb.

Erməni spikeri LİNÇ ETDİLƏR Azərbaycanla bağlı dediklərinə görə VİDEO

2023-09-05 22:22:00

"Azərbaycanın ərazi bütövlüyünü tanıyıram".

Bəs deyirdin, ərazi bütövlüyü, sülh sazişi...

2023-09-05 21:45:00

Baş nazirin son açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, Ermənistanın siyasi riyakarlığını göstərdi.

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

2023-09-05 21:22:00

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Baş nazirdən YENİ QƏRAR:

2023-09-05 20:12:00

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Prezident İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib FOTO

2023-09-05 18:27:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturunda dəyişikliklər təsdiqləndi

2023-09-05 16:24:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Laçın yolu ətrafında hazırki vəziyyət siyasi xarakter daşıyır

2023-09-05 15:56:00

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün "Ağdam-Xankəndi" yolunun açılmasının və buna parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifi rədd edilib.

Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri ilə görüşdü

2023-09-05 15:26:00

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb.

Slovakiyanın Milli Şurasının sədri Azərbaycana gəldi

2023-09-05 14:50:00

Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.