Bakıda Hindistanın etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilən konfrans başlayıb
Siyasət 16 Yan 2026 12:15:00 56 0
Ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans keçirilir.
Bu xəbəri də oxu: Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu
Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirlər.
Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya" və "İşgəncələrə qarşı konvensiya" üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə ediləcək. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.
Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaqdır.
Xəbər yenilənəcək
2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalış
"Sən məktəbə gedəndə, mən..."
Tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayətqızı efirə çıxmazda
Gündəlik kifayət qədər insan kredit götürmək üçün banklara müraciət
İsveçin Malmö şəhərində vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanı
Miqrantların sağlamlıq təhlükəsizliyinin sənədlərlə təsdiqlənməsini
Bakı-Şamaxı-Yevlax yolunda avtoxuliqanlıq edən sərxoş sürücü tutulub.
Mərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türki
Avropa ölkələri 2026-cı ilin yanvar ayının ortalarında havaların soyumas
Fitness məşqçisi Kamil Zeynallı doğum gününü ailə üzvləri ilə birlik
Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyah
Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zə
Müğənni Cəmilə "Öz aramızda" verilişində verdiyi açıqlamala
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci il
